“Qarabağ”ın mövsümdə 100-cü QOLU

12:18 16-05-2022 | icon 424 | İdman
“Qarabağ”ın mövsümdə 100-cü QOLU

“Qarabağ” klubu cari mövsümdə 100-cü qol həddini keçib.

 

“Report”un məlumatına görə, yubiley topunu səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununda baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

 

20 yaşlı forvard komandasının ikinci qoluna imza atıb. 101-ci topu isə 90+3-cü dəqiqədə Ramil Şeydayev öz aktivinə yazdırıb.

 

“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 68, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.

 

Ağdam təmsilçisi daxili yarışlarda 83 dəfə qol sevinci yaşayıb. Azərbaycan Premyer Liqasında səkkiz, ölkə kubokunda iki, Konfrans Liqasında bir dəfə böyük hesablı qələbə əldə edən komandanın daxili yarışlardakı qollarının sayını 100-ə çatdırması real görünmür.

 

“Qarabağ” mövsümün sonunadək daha iki oyun keçirəcək. Ağdam komandası mayın 21-də sonuncu turda “Neftçi” ilə, mayın 27-də isə Azərbaycan Kubokunun finalında “Zirə” ilə görüşəcək. Daxili yarışlarda 100 həddinə çatmaq üçün bu görüşlərdə 17 qol vurmaq lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI