Deputat xəstəxanada qazimizi ziyarət etdi

16:16 17-05-2022 | icon 593 | Cəmiyyət
Deputat xəstəxanada qazimizi ziyarət etdi

"Əfsələddin bəyin əlillik dərəcəsini də qanunvericilik əsasında həll edəcəyik"

 

Deputat Razi Nurullayev mayın 16-da Zığda yerləşən 6 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanasında İmişli rayonu, Cəfərli kənd sakini, müharibə iştirakçısı Əfsələddin Ağabəylini ziyarət edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.
 
 
 
Vərəm xəstəliyindən əziyyət çəkən Əfsələddin Ağabəylinin vəziyyətini xəstəxananın rəhbərliyi ilə müzakirə edən deputat Razi Nurullayev qazimizin artıq təhlükədən uzaq olduğunu vurğulayıb:
 
 
"İnşallah Əfsələddin bəy ayağa qalxıb normal həyatına dönəcək. O, bu xəstəxanada olduğu müddətdə demək olar ki, xeyli yaxşılaşıb və artıq nəfəs darlığı da keçir. Xəstəxanada vacib bir informasiyanı da öyrəndim və artıq əminəm ki, inşallah Əfsələddin bəyin əlillik dərəcəsini də qanunvericilik əsasında həll edə biləcəyik".
 
 
Razi Nurullayev köməkçisi Ehtiram Mehdiyevlə birlikdə Baş həkimin müşaiyyəti ilə xəstəxana ilə də tanış olub.
 
 
Versus.Az olaraq qazimiz Əfsələddin Ağabəyli ilə telefon əlaqəsi yaradaraq hazırki vəziyyəti ilə maraqlandıq. O, deputat Razi Nurullayevə minnətdarlığını ifadə edərək, bu diqqəti yüksək dəyərləndirdi. Eyni zamanda xəstəxananın baş həkiminə və həkim kollektivinə təşəkkürlərini çatdırdı.
 
 
Qazimizə Allahdan şəfa diləyirik. Allah bütün qazilərimizə cansağlığı versin.
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR