Sabir Rüstəmxanlı - 76

15:34 19-05-2022 | icon 386 | Cəmiyyət
Sabir Rüstəmxanlı - 76

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası partiyanın sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlını doğum günü münasibəti ilə təbrik edib.

 

Təbrikdə deyilir:

“Hörmətli Sabir bəy!

Sizin Xalq şairi, millət vəkili, partiya rəhbəri, publisist, ictimai və dövlət xadimi kimi çoxşaxəli və çoxyönlü fəaliyyətiniz Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin bərpası və inkişafına, demokratik dəyərlərin respublikamızda bərqərar olmasına yönəlmişdir. Siz böyük tarixi yol keçmiş Azərbaycan ədəbiyyatının humanist-bəşəri prinsiplərini ruhunuzdan, canınızdan keçirməklə, onu yeni zamanın arzu və idealları ilə sintez etməklə totalitar rejimin içində azadlıq idealı poeziyanın formalaşmasında mühüm rol oynayan şəxsiyyətlərdənsiniz. Sizin poeziyanızda azadlıq dağ obrazı ilə simvollaşdırılmış, yəni insan haqqının insanın qürur və ləyaqətindən keçməsi, ucalığın təməlində yalnız mənəviyyatın dayanması öz bədii təsdiqini tapmışdır. At, qurd, yol, göy tanrı sizin milli olduğu qədər bəşəri olan poeziyanızda məzmun keçidlərinin milli vahidləridir; siz hansı janrda, hansı mövzuda yazsanız da, hətta Azərbaycandan min kilometrlərlə uzaqlarda yerləşən məmləkətlərin taleyinndən bəhs etsəniz də, Azərbaycan xalqının sevimli şairi, Vətən sevdalı sufisi olaraq qalmaqdasınız. Sizin poeziyanız bütövlükdə Azərbaycan nəsrinin və publisistikasın da mühüm rol oynamışdır.


Hörmətli Sabir bəy, sizin fəaliyyətiniz təkcə ədəbiyyatımızda deyil, həm də siyasi mühitimizdə, cəmiyyətimizdə harmoniyanın, etibar və etimadın formalaşmasına ciddi təsir göstərmişdir. Bu günkü leksikonumuzda “inteqrasiya”, “multikulturalizm”, “tolerantlıq”, “dialoq”, “həmrəylik” və s. kimi terminlər gündəlik ifadələrə çevrilmişdir. Bu terminlər ilk növbədə cəmiyyətin sabit siyasi-iqtisadi inkişafının təmin edilməsi məqsədilə bütün ictimai qüvvələrin bir araya gəlməsinə, qloballaşan dünyada fərqli dünyagörüşlərin, təfəkkürlərin iç-içə, nəfəs-nəfəsə yaşamasına xidmət edir. Doğrudur, vaxtilə Azərbaycan siyasi mühitində vətəndaş həmrəyliyi ideyası irəli sürüləndə onu yabançı bir dünyagörüş, xırda burjua ideologiyası, hakimiyyətin yanında olmaq təşəbbüsü kimi dəyərləndirib süngü ilə qarşılayanlar da vardı, lakin sonradan bu ideyanın zəruriliyi hamı tərəfindən etiraf olundu. Və 44 günlük müharibədə bütün ictimai-siyasi qüvvələrin milli maraqlar çərçivəsində inteqrasiya olunmaları, milli birlik nümayiş etdirmələri zəfərimizi təmin edən əsas faktorlardan biri oldu. Bütün bunlar bir siyasətçi kimi də sizin uzaqgörənliyinizi, başında dayandığınız partiyanın sülh və barış partiyası olduğunu təsdiq etdi.


Hörmətli Sabir bəy, sizi-xalqımızın sevimli oğlunu, türk dünyasının vətəndaşını, bəşəri dəyərlərin yorulmaz təbliğatçısını-doğum gününüz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzu edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol