Deputat "Bolt"un sürücülərinə kömək etmək İSTƏYİR

06:44 01-06-2022 | icon 641 | Cəmiyyət
Deputat "Bolt"un sürücülərinə kömək etmək İSTƏYİR

Razi Nurullayev: "Problemləri neçə-neçə sabahlara saxlaya-saxlaya konservləşdirmişik"

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev "Bolt" taksi xidmətinin sürücülərini Parlamentdə qəbul edib, onların problemlərini dinləyib.

 
 
Versus.Az xəbər verir ki, Parlamentə ümid yeri bilib gələn sürücüləri dinləyən R.Nurullayev qanunvericilik səviyyəsində kömək edəcəyini vurğulayıb.
 
 
 
Razi Nurullayev sürücüləri dinləyərkən onların narahat olduqları məsələlərdə haqlı olduqları məqamlardan söz edib:
 
 
"Bunlardan biri 8 saatdan çox işləmələridir. Məncə bu məsələni şirkətlər sistemli həll etməlidir ki, sürücü istəsə belə işləyə bilməsin. Çünki həm özünü, həm də sərnişini təhlükəyə atır. Lakin gərək sürücü ailəsini saxlaya biləcək qədər də qazanc götürsün.
 
İkinci haqlı məqam isə 300 yaxın sürücünün şikayət və narazılıq etdiyinə görə şirkət tərəfindən bloklanması və işə buraxılmamasıdır. Bunu hansı qanun əsasında edirlər, başa düşülən deyil. Ona görə də aidiyyatı qurumlar gərək bunu araşdırıb onların hüququnu bərpa etsin.
 
Əslində, hökumət bu məsələni tənzimləyə bilər. Amma, bu ciddi sosial narazılıq yarada bilər deyə etmirlər və mən bunu doğru sayıram. Taksi xidməti bir sosial layihədir və 60 000 şəxs ailəsini dolandırır. Sərnişinlər də normal qiymətə istifadə edə bilir. Bu gün taksi yalnız varlılar üçün deyil, kasıblar da yararlana bilir. Ona görə də bu məsələ bir az diqqətdən kənarda qalıb. Amma, müəyyən addımların atılmasına ehtiyac var ki, heç bir tərəf ziyan çəkmədən məsələlər tənzimlənsin".
 
 
 
Taksi xidməti sahibkarları ilə də görüş keçirməyi, qarşı tərəfi də dinləməyi önəmli sayan deputat məsələləri başlı-başına buraxmaq olmaz:
 
 
"Həll edilməlidir ki, sabaha saxlamayaq. O qədər problemləri "sabah, sabah" deyib konservləşdirmişik ki, bu gün altından çıxa bilmirik. Bu sahədə təklif və tövsiyələrə ehtiyac var".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...