ALDP sədrinin DOSTUM dedikləri
Fuad Əliyev: "Bizim gələcəyimizin parlayan günəşisən"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bütün uşaqları təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
"Mənim balaca dostum!
İyunun 1- i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir.
Bu gözəl gün münasibətilə Səni ürəkdən təbrik edirəm!
Sən bir şey bilməlisən ki, bizim gələcəyimizin parlayan günəşisən!
İnşallah böyüyüb böyük insan olasan, valideyinlərin və Vətənin Səninlə fəxr etsin!
Bir daha təbrik edirəm Səni!
Daimə gözlərin xoşbəxtlikdən və sevincdən parlasın və şəfəq saçsın ətrafa!
Allah bütün arzularını çin etsin!
Sənin Fuad Əliyevin".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"