Zelenski daha bir azərbaycanlı hərbçini TƏLTİF ETDİ

10:18 01-06-2022 | icon 497 | Cəmiyyət
Zelenski daha bir azərbaycanlı hərbçini TƏLTİF ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

 

Versus.Az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

 

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

 

Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.

 

Xatırladaq ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. Bundan başqa, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...