Böyüklərə örnək olan BALACALAR

16:22 01-06-2022 | icon 3474 | Uşaq Dünyası
Böyüklərə örnək olan BALACALAR

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq, onları sağlam cəmiyyətdə yetişdirmək üçün hər birimiz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Ailədə valideynlər, tədris müəssisələrində pedaqoqlar uşaqların cəmiyyətə yararlı bir fərd olaraq böyüməsinə çalışırlar.

 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar hər gün, hər saniyə qayğı ilə əhatə olunmalı, hüquqları qorunmalıdır. Bəzən elə uşaqlar olur ki, dedikləri söz, etdikləri hərəkət hər kəsə “bapbalaca toyu var, dam dolusu toyu var” dedirdir.

 

Ətrafımızda yaşının az olmasına baxmayaraq, qat-qat dərin düşünən və yeri gələndə böyüklərə həyat dərsi verən balacalar var. Oxu.Az-ın əməkdaşı 1 İyun - Uşaqların Müdafiəsi Günü ilə bağlı balacaların yaddaşlardan silinməyən, böyükləri düşünməyə vadar edən maraqlı məqamlarını toplayıb:

 

İlk qəhrəmanımız Səma İmanzadədir. Səma Zabratda yerləşən 192 nömrəli orta məktəbin 1a sinfində oxuyur.

 

 

Bu qızımızın yeddi yaşı var, lakin hələ beş yaşında olarkən ailəsini təəccübləndirə bilib. Anası Vəzifə Gülməmmədova deyir ki, qızının texnologiyaya marağı çox erkən yaşlardan özünü büruzə verib:

 

“Əksər insanlar kimi, mənim də mobil telefonumda kod var. Bir dəfə telefonu yanıma qoyub yatmışam. Kodu da barmaq izi qoymuşam. Qızım mən yatanda skoçu barmağıma yapışdırdı. Hiss etdim ki, nəsə edir, sakitcə gözlədim ki, görüm, məqsədi nədir. Gözümü açdığımı gördü və mənə dedi ki, “olar, skoç barmağında qalsın?” Mən də etiraz etmədim. Bir müddət sonra gəlib açdı. Baxıram ki, aparıb həmin skoçu yapışdırıb telefonda barmaq izi qoyulan yerə. Məqsəd telefonu məndən xəbərsiz kiliddən açmaq və istifadə etmək idi. Sadəcə heyrətləndim, beş yaşlı uşağın ağlından keçənə baxın. Müəllimi Hürü Əliyeva da ondan xeyli razılıq edir. Uşaqların bu yaşda düzgün inkişafı üçün müəllimlərin rolu əvəzsizdir.

 

 

Qızım indi mənə deyir ki, atadan və səndən daha savadlıyam. Siz 400-500 bal toplayıb ali məktəbə girmisiniz, mən hələ bu yaşımda getdiyim sınaqlardan 600 bal toplayıram.

 

İndi isə həyətdə “kitabxana” açmaq fikrinə düşüb. Atasından xahiş edib ki, bir kitab şkafı düzəldib binanın önündə qoysun. Ürəyi istəyən oraya kitab qoysun, uşaqlar da o kitabları oxuyub, sonra qaytarıb yerinə qoysunlar. Şkafın çertyojunu çəkib, üzərinə yazacağı müraciətin mətnini də hazırlayıb”.

 

 

Böyüklər belə, aldıqları, gündəlik istehlak etdikləri qidaların sağlam, faydalı olmasına, ən əsası - istifadə müddətinin bitib-bitmədiyinə o qədər diqqət etmədikləri halda Əsma bu cür məqamlarda valideynlərinə örnək olur. İkinci qəhrəmanımız altı yaşlı Əsma Muradlıdır. Əsma Bakıda 244 nömrəli orta məktəbin 0a sinfini bitirib.

 

 

Birinci sinfə hazırlaşan qızımızın anası Səbinə Muradlı deyir ki, zaman-zaman Əsmanın bu kimi diqqətli davranışları çox olur:

 

“Əsma kiçik yaşlarından diqqətli uşaq olub. Hələ körpəliyindən düşüncəli davranışları mənə çox kömək olub. Bu yaxınlarda məktəbəqədər təhsili başa vurdu. Sinifdə təbrik məqsədilə uşaqlara peçenye paylayıblar. Uşaqların hamısı sevinib, peçenyeni açıb yeməyə başladı. Müəllimi Ruqiyyə Əhmədova deyir ki, sinifdəki uşaqlar arasında Əsmanın sualı bütün otaqdakıları düşündürdü. Əsma soruşub ki, “peçenyenin vaxtı bitib, köhnə deyil ki?” Müəllimi onun bu sözünə çox gülüb və eyni zamanda da bu yaşda belə diqqətli olmasına sevinib.

 

 

Müəllimi də Əsma daxil bu müddət ərzində bütün uşaqların üzərində zəhmət çəkib, onları diqqət və qayğı ilə əhatə edib. Ruqiyyə müəllim kimi pedaqoqların sayəsində övladlarımızın təhsilə, elmə olan marağı daha da artır. Müəllimi ilk dəfə mənə bunu danışanda çox sevindim, bütün balaların zehni hər zaman açıq olsun”.

 

 

Qəhrəmanlarımızdan biri 44 günlük Vətən müharibəsində tarix yazan şəhidlərimizdən Kazımov  Xuduş Həsən oğlunun üç yaşlı övladı Əbdülkərim Kazımovdur. 

 

 

Anası Əfsanə Kazımova deyir ki, uzun müddət həyat yoldaşının itkin düşdüyünü hesab ediblər:

 

 

“Həyat yoldaşım Murov-Ağdərə döyüşlərində şəhid olub. Dörd ay itkin kimi gözlədik, yoldaşımın nəşi 110 gündən sonra Ağdərədən tapıldı. İki övladım var - Fatma Kazımzadə və Əbdulkərim Kazımzadə. Oğlum atası şəhid olanda bir yaş on aylıq idi. O, atasının evə üçrəngli bayrağa bükülərək gətirildiyini görmüşdü. Artıq üç yaşı tamam olub. Bir gün oğlum bayrağımızı göstərib dedi ki, “Ana, bayraq mənim atamdır”. Mən öncə onun nə demək istədiyini anlamadım. Daha sonra yadıma düşdü ki, atasının bayrağa bükülərək gətirildiyi gün yadında qalıb”.

 

 

Bu körpələrimizin timsalında bütün uşaqlarımıza sülh, gözəl gələcək, firavan həyat arzulayırıq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...