Arazın mandat haqqı

22:42 12-01-2019 | icon 887 | Kürsü
Arazın mandat haqqı

 

 

Söyüş kampaniyası aparanlarla onun çıxışlarının fərqi yoxdur

 

 SAMİR ADIGÖZƏLLİ

/DAK icra aparatının rəhbəri

“Böyük Millət” qəzetinin baş redaktoru/

 

 

Hərdən öz-özümə düşünürəm, tarix boyu qəhrəmanımız çox olub yoxsa satqınımız. Bizə özümüzdən başqa dostumuz olmadığına görə, bu günə qədər itirdiklərimizin miqyasını göz önünə gətirəndə çöldən düşmən olduğu qədər, içəridən satqın əhatəsində olduğunu görürəm.

 

Bu millətin dəyirmanından dən yeyib düşmən dəyirmanına su aparanlar bütün dövrlərdə ödüllənib. 90-cı illərdən hələ yeniyetmə dövrümüzdən milli istiqlaliyyətimiz uğrunda gedən mübarizədə bu günə qədər çox sayda satqın və xəyanətkarın şahidi oldum. Bu millətə qənim kəsilən Mübariz Əlizadənin oğlu iddia edilən “Sosdem” Araz adlı məxluqun haqqında bəlkə də yeni nəsl az bilir, amma bütün ziyalılar onun kimliyi haqqında yaxşı məlumatlıdır.

 

Hörmətli ziyalılar! Cənab Spiker Oktay müəllim! Hörmətli deputatlar parlamentdə əyləşən bu Əlizadənin xalqımızı təhqir etməsinə daha nə qədər dözəcəksiniz? Onun milli hərəkatda iştirak edən minlərlə insanımızı “sülənənlər” adlandırmasına Azərbaycan qadınını, kişisini ağır sözlərlə təhqir etməsinə, vəhşi adlandırmasına hələ çoxmu dözəcəksiniz? Daim Azərbaycanın milli dəyərlərini, tarixi şəxsiyyətlərini, keçmişini hədəfə alıb, düşməndən daha pis bu ölkəyə nifrət bəsləyən Əlizadə o mandatı daşımaq haqqını çoxdan itirib. Bu ölkənin çörəyini yeyib amma bu millətdən olmayan birisinin “sülənənlər” adlandırdığı minlərlə insanımızın içərisindən bir çox vətən övladı torpaqlarımız uğrunda şəhid olmuşdur. Bu satqın haqqında onun müəllimi olan Aydın Abbasov görün nə  deyir:

 

 “Araz özü də mənim şagirdim olub. 10-cu sinifdə ona dərs keçmişəm, Attestatını da mən yazmışam. Onun məzmununun nə olduğunu əla bilirəm, məzmun etibarı ilə sıfırdı, heç kimdir. Tərbiyəsiz, mənliyi olmayan, satqın insandır. Heç özü də bilmir nə istədiyini, istədiyi tək şey karyeradır. Bir müddət Ayaz Mütəllibova yaltaqlandı, indi də guya Heydərçi olub. Ancaq bunda da səmimi deyil. 

Bu adamın əslində Azərbaycanda yaşamağa haqqı yoxdur. Təpədən dırnağadək türk düşmənidir, kimə, hansı agenturaya qulluq etməsi də bilinmir. Arazın orientasiyası Azərbaycanın milli dövlətçiliyinə, Azərbaycan Türklüyünə qarşıdır”.

 

Başdan-ayağa ruhu xəyanət olan “Sosdem” Arazın Heydər Əliyevçi olması mümkün deyil. Bu gün ölkəmizə qarşı yönəlmiş söyüş, təhqir kompaniyasını aparanlarla bu adamın çıxışlarının heç bir fərqi yoxdur. Cənablar! Əmin ola bilərsiniz ki, qərb strukturlarında, erməni lobbisinin təsiri altında olan çevrələrdən Azərbaycana qarşı həyata keçirilən təxribatlarda, ölkədə stabilliyi pozmağa yönələn fəaliyyətlərdə digər qrupların da öz marağı vardır. Heç şübhəsiz “Sosdem” Arazın mənəviyyatdan kənar təxribat dolu son çıxışları həmin vahim niyyətə xidmət etməkdir

 

İndi deyin görüm, sevmədiyi bayrağı yaxasında daşımağa, vətənin parlamentində əyləşməyə və ən nəhayət bu ölkədə yaşamağa onun haqqı varmı? Düşərgəsindən asılı olmayaraq milli təəssüfkeşli istər dövlət rəsmiləri, istər içtimaiyyət nümayəndələri, istərsə də ziyalılarımız çox gözəl bilirlər ki, onun deputat mandatı daşımağa haqqı yoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI