""Teknofes" bu mesajı verəcək"-Şərh
Mayın 26-da Bakıda keçirilən “Teknofest” festivalının əhəmiyyəti, Azərbaycanın müasir hərbi texnologiyalardan, dronlardan istifadə edilməsi yönündə qazandığı təcrübələr, hansı yenilənmələrin müşahidə olunması və gələcəyə verə biləcəyi töhfələr baxımından diqqətlə izlənir.
Bu istiamətdə hafta.az- şərh verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, müasir müharibələr artıq istifadə olunacaq silahların yeni səviyyəyə çıxarılmasını diqtə edir. Bu prosesdə ölkələr artıq həm ən yeni texnologiyalarla dəstəklənən silahların icad və istehsal olunması baxımından, həm də onların növbəti mərhələdə müharibədə əməliyyatlarda istifadə olunması baxımından orduları yeni mərhələyə çıxarırlar.
E.Şıxəliyev hesab edir ki, Müdafiə sənaye istehsalçıları isə yeni nəsil texnalogiyalarda dəstəklənən silahları icad edəndə əsasən silah necə məhv etsin və məhv edilməsin kriteriyası üzərindən yanaşırlar.
“Yeni nəsil texnologiyalarla dəstəklənən pilotsuz uçuş aparatlarının və kamikadze duronların istehsalı buna hesablanır. 21-ci əsrin orduları bu müharibələrin üzərindən o qənaətə gəlir ki, artıq yeni nəsil müharibələrdə ən uğurlu silahlar pilotsuz uçuş aparatlarının tətbiqidir. Bu pilotsuz uçuş aparatlarını istehsal edən və bu aparatlardan istifadə edən ölkələr müharibələri uğurla apara və sonlandıra bilirlər”.
Hərbi ekspert hesab edir ki, pilotsuz uçuş aparatlarının Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxil olması təbii ki, bizim 44 günlük Vətən müharibəsində özünü tam təfsilatı ilə əks etdirmiş oldu. Bu Bayraqdar tipli pilotsuz uçuş aparatları 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil olmasına baxmayaraq, Azərbaycan silahlı qüvvələrində axırıncı bir iki il müddətində müharibədən öncəki bir il müddətində silahlanmamıza daxil oldu və onların heyətlərinin fəaliyyəti müharibənin gedişatında çox uğurlu nəticələr göstərdi.
“Əvvəl də Azərbaycan Silahlı Qüvvələrində pilotsuz uçuş aparatlarının İsrail istehsalı olan pilotsuz uçuş aparatların istifadəsi həyata keçirilmişdi. Xüsusən də kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının fəaliyyəti və xüsusən də 2016-cı ilin Aprel döyüşlərində kamikadze duronların istifadəsi üzərindən Azərbaycan Silahlı qüvvələrinin bir praktikası var idi. Ondan sonrakı mərhələdə - Vətən müharibəsində Silahlı Qüvvələrimizin silahlanması Bayraqdar tipli pilotsuz uçuş aparatlarının daxil olunması müharibəni yeni bir mərhələyə çıxardı. O mənada ki, bütün əməliyyatlar teatrında silahlı qüvvələrimiz bu pilotsuz uçuş aparatlarının istifadəsi ilə çox uğurlu nəticələr ortaya qoydular. Müharibənin nəticəsi gösrətdi ki, bu pilotsuz uçuş aparatlarının məhv elədiyi ümumi 700-dən yuxarı hədəfin 500-dən yuxarısı pilotsuz uçuş aparatlarından atılan raketlərin zərbələri ilə həyata keçirilmiş oldu. Bununla da paralel olaraq artıq Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının idarəedici heyətləri yetişmiş oldu”.
Hərbi ekspertin fikrincə, 44 günlük müharibəmizin nəticəsinə gətirən kriteriyalar içərisində pilotsuz uçuş aparatlarının xüsusi rolu olub.
“Pilotsuz uçuş aparatlarının düşmənin zirehli texnikalarının və möhkəmləndirilmiş müdafiələrinin sıradan çıxarılması baxımından, xüsusən birinci eşalon bölmələrimizin irəliləyişini təmin etmək baxımından əvəzsiz rolu oldu. Pilotsuz uçuş aparatlarının mərmilərinin istifadə olunmasında xüsusi özəlliyi ondan ibarətdir ki, düşmən hava hücumundan müdafiə baxımından pilotsuz uçuş aparatlarımızı praktik olaraq aşkar edə bilmirdi ki məhv eləsin. Birinci üç gün ərzində müharibənin gedişatında artıq Ermənistan silahlı qüvvələrinin birinci və ikinci eşalonunda və operativ dərinlikdə mövqelənmiş bütün hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarının Bayraqdar tip 2 pilotsuz uçuş aparatlarıyla sıradan çıxarıldığından biz havadan üstünlüyə malik olduq. Pilotsuz aparatların müharibənin birinci 3 günlüyündə bu uğurlu tətbiqi ilə düşmənin hava hücumundan müdafiə sistemini sıfırlamış olduq. Sonrakı mərhələdə həm pilotsuz uçuş aparatlarının hücumlarının həyata keçirilməsi, həm hava hücumu vasitələrinin həyata keçirilməsi çox uğurlu alındı”.
E.Şıxəliyev hesab edir ki, teknofestdən Bayraqdar tib 2 pilotsuz uçuş aparatlarıyla bərabər mövcud mümkün pilotsuz uçuş aparatlarının sərgilənməsi əslində gənc nəslə ötürülən bir mesaj olacaq.
“Mesaj ondan ibarətdir ki, təbii ki coğrafiya etibarı ilə Azərbaycan öz ərazilərinin təhlükəsizliyinin uzun müddət sığortalanması üçün güclü orduya malik olmalıdır. Güclü orduya malik olmaq üçün yeni nəsil texnologiyalarla dəstəklənən silahların silahlanmaya daxil olması lazımdır. Həm silahların silahlanmaya daxil olması, eyni zamanda artıq beyin mərkəzləri olaraq yeni nəsil texnologiya ilə dəstəklənən silahların istehsalına yönəli də bu texnofes çox böyük mesaj verəcək gəncliyimizə. Yəni beyin mərkəzləri olaraq artıq biz də bu və ya digər formada pilotsuz aparatların həm araşdırılması və icad olunmasına da başlaya bilərik. Xüsusən də Türkiyə respublikası Silahlı Qüvvələri ilə Bayraqdar şirkətinin bunun üzərindən təcrübələri var və istənilən halda bizim işğaldan azad olunmuş rayonlarımızın iqtisadi hablarında bu texnologiya dəstəkli sənaye mərkəzlərinin yaradılması mümkün ola bilər.
Texnofes gəncliyimizə bu mesajı verəcək ki, Azərbaycanın gələcək təhlükəsizliyi intelektual kəsimin hazırlığından keçəcək. Həm də bu, gəncliyimizi təşviq edəcək. Yəni intellektuallar olaraq hərb sistemi yönünə yönləndirilməsi, hərb sistemli müdafiə sənayesi sistemlərinə yönləndirilməsi baxımından çox böyük məsələ olacaq.
Düşünürəm ki, texnofesdən sonrakı mərhələdə bizim gənc intellektual kəsimdə yol xəritəsi müəyyən edilmiş olacaq. Yəni gələcək texnalogiyalarındır və texnologiyalarla dəstəklənən silahlarındır. Texnofes bu mesajı verəcək və çox uğurlu bir sərgi olacağını düşünürəm”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"