Qənirə Paşayeva "Əlişir Nəvai" qızıl medalına layiq görüldü

14:23 03-06-2022 | icon 701 | Cəmiyyət
Qənirə Paşayeva "Əlişir Nəvai" qızıl medalına layiq görüldü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının "Əlişir Nəvai" qızıl medalına layiq görülüb.

 
 
Versus.Az xəbər verir ki, medal mayın 28-də Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Bakı Dövlət Universitetində keçirilən bağlanış mərasimində, Akademiyanın vitse prezidenti Dr. Füzuli Məcidli tərəfindən təqdim olunub.
 
 
"Əlişir Nəvai" qızil medalı Qənirə Paşayevaya türk ölkələri arasında elmi, ədəbi, mədəni əlaqələrin gücləndirilməsi sahəsində xidmətlərinə görə verilib.
 
 
Komitə sədri təltif üçün Akademik Darhan Kıdırali başda olmaqla, Beynəlxalq Türk Akademiyasının bütün əməkdaşlarına könül dolusu təşəkkür edib: "Bu medal mötəbər ortaq türk qurumumuz tərəfindən təqdim olunması ilə, Türk dünyasının böyük şəxsiyyəti Əlişir Nəvainin adını daşıması ilə də çox şərəfli, şərqfli olduğu qədər də məsuliyyətlidir. Ayrıca, medalın məhz 28 May - Müstəqillik Günündə, Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bağlanış mərasimində təqdim olunması da mənimçün çox fərqli bir hadisədir.
Bir daha təşəkkür edirəm"!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...