"Belə kanallara rahat şəkildə çıxa bilirlər"

16:22 03-06-2022 | icon 622 | KİV
"Belə kanallara rahat şəkildə çıxa bilirlər"

 Azər Həsrət: “Şahbaz Quliyev kimi adamları Azərbaycan əleyhinə geniş şəkildə tirajlayırlar”

 

Erməni əsirliyində qalan və orada müxtəlif işgəncələrə məruz qoyulmuş Şahbaz Quliyevin ölkənin içindən yayınlanan müxtəlif youtube kanallarında emossional çıxışları sosial ictimaiyyətdə birmənalı qarşılanmayıb və medianın qərəzli fonunu ortaya çıxarıb. Bir çox mənbələrdə hətta Şahbaz Quliyevin əsirlikdə olarkən ermənilərin əlinə işlədiyi iddia edilir, bəziləri isə buna bəraət qazandırmağa çalışır.  Belə iddialar var ki, Şahbaz Quliyev bir sıra efirlərdə Azərbaycan dövlətinə arxadan xəncər saplayır. Məsələni təhlil edən ictimaiyyət nümayəndələri keçmiş əsirin dünən də, bu gün də dövlətimizin əleyhinə çıxışları tirajlayan youtube-kanallarının davranışını da anlaşılmaz və qaranlıq hesab edib. Hesab olunur ki, həmin kanallar müəmmalı xarici fondların ( məs. NED kimi) maliyyələşdirdiyi belə youtube kanalları – ölkəmizə qarşı “virtual diversant”dır. Belə youtube kanalları Azərbaycan dövlətini, o cümlədən Prezidentin şərəf və ləyaqətini hədəf seçib, ən iyrənc formada təhqir edənlərin tribunasına çevrilib. Bu kanalların açıq və gizli hədə-qorxu yoluyla ayrı-ayrı şəxslərdən, imkanlı və səlahiyyətli qurumlardan xərac istəmələri barədə də siqnallar var. Belə bir şəraitdə jurnalistikamızı necə bu çirkabdan xilas etmək olar. Bu vəziyyəti necə dəyərləndirirsiz və Mətbuat Şurası hansı ölçüləri götürə bilər?

 

Versus.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət açıqlamasında bildirib ki, belə “kanallara” qarşı hər hansı ölçülərin götürülməsi Mətbuat Şurasının vəzifəsi deyil.

 

O, qeyd edib ki, Mətbuat Şurası vətəndaşlarla, məmurlar, media arasında münaqişələrin məhkəmədən kənar həlli üçün qurulub. Bu qurum yalnız bəzi məsələlərlə bağlı ümumi ekspert rəyi, yaxud tövsiyələr vermək imkanında olsa da, kanalların bu fəaliyyətinə müdaxilə edib əks tədbirlər görə bilməz. Media eksperti bu mənada üzv olduğu qurumun əl-qolunun bağlı olduğunu deyib.

 

A.Həsrət hesab edir ki, bəzi onlayn “kanallar” uzun illərdir ki, məqsədli şəkildə  Azərbaycana qarşı daxildə çaxnaşma yaratmaq, dövlət maraqlarını gözdən salmaq üçün qurulub. Ona görə də bu cür neqativ çıxış edən şəxslər belə kanallara rahat şəkildə çıxa bilirlər:

 

“Təəssüflər olsun ki, o kanalların izləyiciləri də bəzən həddən artıq çox olur. Bu da ictimai rəyə öz mənfi təsirini göstərir.  Ona görə də düşünürən ki, dövlət bu kimi təzahürlərin qarşısını almaq üçün “ifadə, media azadlığı” prinsiplərini pozmadan hərəkətə keçməlidir”. 

 

A.Həsrət belə hallara qarşı hansı tədbirlərin görülməsi ilə bağlı konkret fikirlər səsləndirməyin çətin olduğunu və müzakirələrə ehtiyac duyulduğunu deyib:

 

“Azərbaycan mediası, dövlətin müvafiq qurumları bir araya gəlib məsələni müzakirə etməlidir ki, antiazərbaycan fəaliyyətinə köklənmiş onlayn media, xüsusilə də yotub kanalları ilə nə etməyin mümkün olduğunu müəyyən etsinlər. Elə edilməlidir ki, görülən tədbirlər beynəlxalq prinsiplərdə Azərbaycanın götürdüyü öhtəliklərə zidd olmasın".

 

A.Həsrət yotube kanallarında dövlətə qarşı neqativ açıqlamaları ilə gündəmə gələn Şahbaz Quliyevi izlədiyini bildirib. Və hesab edir ki, dövlətə, millətə, vətənə bağlı olan adam başına nə iş gəlsə də bu cür açıqlamalar verməməlidir:

 

“Təəssüflər olsun ki, biz o adamdan belə davranış görə bilmirik. Eləcə də, bu gün nə qədər media, ifadə azadlığı prinsiplərinə söykənsək də, onlayn kanallar, digər media seqmentləri şikayətçini dinləyərkən ona da bir ölçü iəl yanaşmalıdır. Nəzərə almalıyıq ki, biz bir jurnalist olmaqdan qabaq, həm də vətəndaşıq. Dövlətimizin milli maraqlarını düşünən insanlarıq. Kimsə çıxıb ağzına gələni danışacaqsa, biz ona efir verməli deyilik. Bu düzgün deyil. O yotube kanalını idarə edənlərin özləri də düşünməlidir ki, hər yoldan ötənə bu cür efir vermək olmaz. Çünki o cür çıxışlar Azərbaycanın milli dövlət maraqlarına zərbə vurur. Baxın, bu gün Şahbaz Quliyevlə bağlı hazırlanan materiallar Ermənistanda qəzet manşetləridir. Düşmənlərimiz bu cür materialları sağa-sola tirajlayırlar.  Bunu beynəlxalq təşkilatlara, beynəlxalq mediada yayırlar. Bütün bunlar Azərbaycan dövlətinin, burda iqtidar-müxalifət məsələsi yoxdur, hər birimizin əleyhinə işləyir. İnsan düşünməlidir ki, kimə efir verirəm və nə üçün verirəm. Bu efir nəticədə mənim dövlətimə və millətimə nə zərər vura bilər”.

 

A.Həsrət birmənalı olaraq hesab edir ki, Şahbaz Quliyevdən istifadə edib Azərbaycanda stabilliyi pozmağa və ölkəmizin adını dünya insan hüquqları sferasında pis tərəfə çıxarmaq istəyən qüvvələr var. Onun fikrincə, o cür kanallar, özəlliklə də xaricdən idarə olunan onlayn kanalların  əksəriyyəti Azərbaycan əleyhinə qurulub. Azərbaycan əleyhinə olduqlarına görə Şahbaz Quliyev kimi adamları milli-dövlət maraqlarına zidd açıqlamalarını geniş şəkildə tirajlayırlar. (hafta.az)

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...