"Qazilərlə bağlı kampaniya xarakterli müəyyən reportajlar aparılır"

16:30 03-06-2022 | icon 768 | KİV
"Qazilərlə bağlı kampaniya xarakterli müəyyən reportajlar aparılır"

Müşfiq Ələsgərli: “Bir tərəfdən Şahbazın danışdırılması, bir tərəfdən yalançı qazilərin ortalığa çıxarılması...”

 

Dövlətin 44 günlük Vətən Müharibəsində işğalçı Ermənistan üzərində qazandığı hərbi zəfər bu gün “erməni informasiya silahının” hədəfində. Bir çox hallarda ölkə daxilində hansısa məmurların yaratdığı boşluqlar, neqativlər üzərindən baş verən hadisələr və media seqmentlərində dövlət əleyhinə işləyə bilən, tirajlanan xəbərlər, məlumatlar ictimaiyyət tərəfindən qınansa da, birmənalı qarşılanmır. Sual olunur: niyə qazi etiraz aksiyası keçirməyə məcbur edilir və yaxud niyə bu hal dünyaya tirajlanmalıdır?

 

Eləcə də son vaxtlar erməni əsirliyində olan və dövlətin köməyi ilə azad olunub vətənə qayıdan Şahbaz Quliyevin bitməyən problemləri, ölkəsinə qarşı çıxışları ilə gündəm olmağa başlayıb. Burda bir qrup qazinin etiraz aksiyası keçirməsini tirajlayan media orqanlarının fəaliyyəti paralelləşdirilir. Bir çox hallarda həqiqətə uyğun olmayan neqativlərin media vasitəsi ilə tirajlanması nə ilə bağlıdır. Burda medianın məsuliyyəti nədir?

 

Versus.az xəbər verir ki, bu barədə açıqlama verən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli açıqlamasında mediada, sosial şəbəkələrdə, onlayn kanallarda qaldırılan “Şahbaz oyunları” ilə bağlı ciddi problemlərin olduğunu deyib. Onun sözlərinə görə, erməni əsirliyində olan Şahbazın, Dilqəmin kanallara danışdıqlarını yüksək səviyyədə tirajlayan, hətta kontekstdən çıxarıb Azərbaycan  dövlətinə qarşı yönləndirənlər var.

 

O, bununla yanaşı bildirib ki, son zamanlar bəzi Yotube kanallarında 44 günlük müharibədə qazanılan zəfərin gözdən salınması, Azərbaycan xalqında ruh düşkünlüyünün yaradılması, dövlətin qələbəsinə kölgə salınması, Ermənistanın revanşist qüvvələrinin tələblərinin mediaya gətirilməsi istiqamətində çox ciddi şəkildə işlər gedir.

 

M.Ələsgərli təəssüf hissi ilə qeyd edib ki, bizim sosial şəbəkə platformalarının Azərbaycan seqmentinin istifadəçiləri də bu məsələdə onlara yardım etmiş olurlar.

 

Onun sözlərinə görə, hətta son vaxtlar  qazilərlə bağlı kampaniya xarakterli müəyyən reportajlar aparılır:

 

Bəzən hətta qazi, əlil olmayan şəxslərə də hərbi forma geyindirilir, elə səhnəciklər qurqaşdırılır ki, guya II Qarabağ savaşında iştirak etmiş şəxslərin dövlət tərəfindən  sosial tələbatları ödənilmir.  Belə faktlar çoxdur. Bir tərəfdən Şahbazın danışdırılması, bir tərəfdən yalançı qazilərin ortalığa çıxarılması, bir tərəfdən erməni seqmentinin tirajladığı, uydurduğu iddiaların gündəmə gətirilməsi Azərbaycana qarşı total təbliğatın aparılmasının elementləridir. Təbii ki, burada hadisələr təsadüfi baş vermir. Ermənistandakı revanşist qüvvələr, xaricdəki erməni şəbəkəsi bu məsələləri stimullaşdırırlar. Burda Azərbaycanda II Qarabağ savaşındakı uğurumuzu gözdən salmaq,  erməni xalqının ruhunu qaldırmaq təşəbbüsləri özünü göstrir”.

 

 

M.Ələsgərli hesab edir ki, bu məsələyə qarşı ayıq-sayıq olmalıyıq:

 

“Bu cür antiazərbaycan kampaniyasına iştirak edən şəxsləri ifşa etməliyik. Azərbaycan mediası, cəmiyyəti həmrəylik göstərib  aparılan bu antiazərbaycan təbliğatının iflasa uğratmağı bacarmalıdır”. /hafta.az/

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...