Hərbi qulluqçular o işlərə cəlb edilə bilər?-Açıqlama

16:39 03-06-2022 | icon 771 | Cəmiyyət
Hərbi qulluqçular o işlərə cəlb edilə bilər?-Açıqlama

 

 “Bir çox hallarda çətin iqlim və reylefli ərazilərdə xidmət edən hərbi hissələrin komandirləri tabeçiliyində olan şəxsi heyətin məişət şəraitini yaxşılaşdırmaq üçün ziddiyətli və tam əsası olmayan şifahi və ya yazılı qanunlara istinad etməyən əmrlər verməyə məcbur qalırlar. Bunun əsl səbəbi isə yuxarı komandanlıqdan tikinti-təmir sahəsi ilə bağlı tələbə müvafiq dəstəyin olmamasıdır”.

 

 

 

Versus.az xəbər verir ki, bunu hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu hərbi qulluqçuların xidmət zamanı tikinti işlərinə cəlb olunması ilə bağlı açıqlamasında bildirib.

 

 

A.A.İmamqulu qeyd edib ki, hərbi hissə komandirinin daxili əmri ilə əsaslandırılmış qaydada mövsümü keçidlər zamanı, park və park-təsərrüfat günləri ümumi təmizlik, texniki qulluq və abadlıq işlərinin görülməsi üçün işçi qruplar təşkil edilə bilər. Təmir -tikinti işlərinə isə aidiyyatı təmir-tikinti üçün nəzərdə tutulmuş bölmədə xidmət edən hərbi qulluqçular xaric, ixtisasına uyğun olmayan digər hərbi qulluqçular cəlb oluna bilməz.

 

Hərbi təhlilçi ümumən hesab edir ki, hərbi qulluqçunun əsası olmayan peşə və ixtisasına zidd işlərə cəlb olunması qadağandır.

“Amma hər hansı iş qəzası baş verdikdə isə yuxarı komandanlıq heç bir şeydən xəbəri yoxmuş kimi hər hissə komandirlərini və aşağı instansiyalar üzrə kiçik komandirləri hüquq mühafizə orqanları ilə baş başa buraxa bilirlər”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...