Nazirlikdə qazilərlə yaşananların arxasında duran MÜƏMMALAR

09:11 04-06-2022 | icon 479 | Cəmiyyət
Nazirlikdə qazilərlə yaşananların arxasında duran MÜƏMMALAR

Razi Nurullayev: "Əlillik təyinatında qurunun oduna yananlar var"

 

"Qərar verdim ki, deputat olaraq bütün məsələlərə mövqe açıqlamaq vacibdir. Bu mövqe xoşa gələ də, gəlməyə də bilər. Amma doğruları və görünən reallıqları demək lazımdır".

 
 
Versus.Az xəbər verir ki, bunu bu günlərdə vətən müharibəsinin bir neçə iştirakçısının Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin binası qarşısında etiraz aksiyası keçirmələri və orada yaşanan olayla bağlı açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
 
 
 
 
Bir qrup müharibə iştirakçısının Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin qapısını sındırıb içəri daxil olmasını pis nümunə hesab etdiyini vurğulayan deputat qeyd edib ki, bu, yolverilməzdir:
 
 
"Bütün müharibə iştirakçısının yanında olmuşam, sözlərini demişəm, amma zorakılığı, təhqiri və insan ləyaqətinin alçaldılmasını qəbul etmirəm".
 
 
Deputat bildirib ki, əlillik təyinatı ilə bağlı problemlər var. Xeyli insan qurunun oduna da yanıb:
 
 
"Hər gün ən azi 2-3 nəfərlə bağlı araşdırma aparır və aidiyyatı üzrə müraciət edirəm. Haqlı məsələlərin əsasən 90 faizi həll edilir. Amma bu məsələ gərək sistemli şəkildə həll olunsun ki, bu tip narazılıq yaranmasın.
 
Nazir Sahil Babayev dövlət tərəfindən qəbul edilən və qarşısında tapşırıq kimi qoyulan məsələləri həll edir. Bu gün ən ağır yük, təzyiq və stres onun üzərindədir. Mənim zənnimcə, o üzərinə qoyulan vəzifəni dürüst yerinə yetirmək üçün çalışır, amma problem o qədər dərindir, o qədər kök atıb ki, istər-istəməz təmizlik aparan zaman təmizliyə ehtiyacı olmayanları da vurub qırmalı olursan. Mən Sahil Babayevin təhqir olunmasını və üzərinə bu qədər gedilməsini qınayıram, bunu ciddi yanlış hesab edirəm.
 
Müharibə veteranları var ki, doğurdan da ailəsini dolandıra bilmir, işə, dərmana, ləyaqətli yaşayışa ehtiyacı var. Çoxu da bunu əlillik almaqda görür ki, aylıq qazancı olsun. Mənə də müraciət edənlər arasında görürəm ki, sağlamlıq durumu əlillik üçün təminat yaratmır. Bu cür tələb edənləri də kənara qoya bilmərik. Onlara konkret qazanc yeri vermək, yaxşı əmək haqqı verilən işə düzəltmək, digər ehtiyaclarını ödəmək gərəkdir".
 
 
R.Nurullayev nazirliyin polis əməkdaşlarının olay zamankı davranışlarına da diqqət çəkib:
 
 
"Mən polisə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Nə qədər korrekt, mülayim və anlaşıqlı yanaşdı. Həqiqətən də Azərbaycan polisində inqilabi dəyişikliklər gedir və buna görə nazir Vilayət Eyvazova təşəkkür edirəm".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...