“Sevgi evi” BAĞLANDI

14:06 06-06-2022 | icon 571 | Cəmiyyət
“Sevgi evi” BAĞLANDI

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.

 

Versus.az xəbər verir ki, qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

 

“Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur”, - sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib.

 

Onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb. 

 

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Hadisənin baş verdiyi “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...