Azərbaycanlı zəvvarların NƏZƏRİNƏ

10:57 07-06-2022 | icon 282 | Cəmiyyət
Azərbaycanlı zəvvarların NƏZƏRİNƏ

Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

 

Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir:

 

“Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”.

 

QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub:

 

“16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq”.

 

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PZR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. Yaşı 65-dən yuxarı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

 

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin