Xəzərə axıdılan çirkab sularının yaratdığı iyrənc mənzərənin görüntüləri yayımlanıb.
Versus.Az xəbər verir ki, görüntülər Bakıda, Dənizkənarı Bulvar ərazisində lentə alınıb.
Videoda dəniz suyunun çəkildiyi yerlərdə çirkab sularını aydın görmək mümkündür. Bu kimi halları kimin törətdiyi isə məlum deyil.
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülərə rəy bildirən şəxslər dəniz suyu çəkildiyi zaman daha çox zibilin üzə çıxacağını düşünürlər.
Sözügedən görüntüləri təqdim edirik: