“Azərbaycan tarixinin 40 ili onun adı ilə bağlıdır”

17:42 14-06-2022 | icon 1019 | Tarix
“Azərbaycan tarixinin 40 ili onun adı ilə bağlıdır”

 

 

 “Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycan tarixinin 40 ili onun adı ilə bağlıdır.Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. İyunun 15-i xalqımız tarxində qurtuluş tarixi kimi qeyd olunmasında, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan edildi”.

 

 

 

Versus.az xəbər verir ki, bu barədə  AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışının dövlətçilik tariximizdə yeri və rolu barədə təhlillərində bildirib.

 

 

S.Talıblı ulu öndərin keçdiyi tarixə diqqət çəkib.

 

“1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub, elə həmin ildə də ona general-mayor rütbəsi verilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifələrində çalışıb. 1982-ci ilin dekabrından isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.  Bundan başqa Ulu öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, xüsusilə də SSRİ-nin apardığı ayrıseçkilik siyasətinə qarşı çıxaraq 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Ümumiyyətlə, o dövrlə bağlı sənədlərə və tarixi faktlara nəzər yetirdikdə görürük ki, Heydər Əliyevin Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə və ermənilərə dəstək verən qüvvələrə imkan vermirdi ki, Dağlıq Qarabağ və Azərbaycana qarşı məsələ qaldırsınlar. Buna görə də ermənilər və onlara dəstək olan qüvvələr Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindəki yüksək vəzifələrdən gedəndən sonra həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı kampaniyaya başladılar. Əlbəttə, xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, böyük siyasi təcrübəyə sahib və müxtəlif rəhbər vəzifələrdə öz peşəkarlıq təcrübəsi sayəsində çalışmış bir şəxsin hakimiyyətdən getməsində, o zamankı SSRİ rəhbərliyi, həm də həmin dövrdəki Azərbaycan rəhbərliyi heç də maraqlı deyildilər. Onlar bilirdilər ki, Heydər Əliyevlə "siyasi oyunlar" oynamaq, siyasi səhnədə ona qalib gəlmək qeyri-mümkün idi”.

 

 

S.Talıbli Heydər Əliyevin 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə bağlı atdığı mühüm tarixi addımları qeyd edib.

 

“Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi faktına toxunub. Bu baxımdan da ümumilli liderin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqına böyük xidmətləri olmuşdur ki, bu gün bizlər bunun əyani şahidiyik”.

S.Talıblı tarixi faktlara istinadla bildirib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda, xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi irəli sürülüb.

 

“Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın biruzə verirdi. Ulu öndərin Azərbaycanı regional və beynəxalq güclərin əlindın qurtararaq, müstəqil və suveren Azərbaycan Respublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan Azərbaycan Prezidenti və ali baş komandan İlham Heydər oğlu Əliyev tərəfindən uğurla və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlyünü təmin etdi.

 

Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyilə ilə olduqları hər yerdə qarət, terror, soyqırım, cinayətkarlıqla məşğul olan ermənilər hesab edirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının böyük oğlu dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevlə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da, buna nail ola bilmədilər. Çünki ulu öndər hər zaman atdığı addımlarda haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi. Eyni zamanda, Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə xaricdə olarkən çalışdığı bütün məqamlarda həmişə Azərbaycan maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və prakitiki addımlarla reallaşdırırdı. Təbii ki, istər dünya erməniliyi, istər Ermənistanda təcavüzkar rəhbərlik, istərsə də erməniləri dəstəkləyən beynəxalq və regional qüvvələr Heydər Əliyev fenomeni qarşısında həmişə aciz olublar. Buna sübut olaraq bu gün də ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin beynəlxalq səviyyədə apardığı uğurlu siyasəti müşahidə edirik”.

 

S.Talıblı qeyd edib ki, Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi mühüm tarixi hadisə idi.

 

“Ümumilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmizin tarixinə nəzər yetirdikdə, hər birimiz şahid oluruq ki, güclü idarəetmə olduqda xalqın maraqları təmin olunur.

Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifəsi ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək idi.

 

Azərbaycan Respublikasının müstəqil xarici siyasət yürütməsi və bu kursun milli maraqlara cavab verən uğurlu nəticələri bilavasitə Heydər Əliyev irsinin, onun uzaqgörənliklə müəyyənləşdirdiyi və davamlı şəkildə inkişaf edən, yeniləşən xarici siyasət kursunun bəhrəsidir. Hazırda Azərbaycan Respublikası dünyanın bir sıra mötəbər beynəlxalq və regional təşkilatlarının tamhüquqlu üzvü, eləcə də dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən etibarən beynəlxalq münasibətlərdə milli maraqların üstünlüyünü təmin etmiş, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sədaqətini daim nümayiş etdirmişdir. Bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın Konstitusiyasında, Heydər Əliyevin etdiyi xarici səfərlərdə, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə, çıxışlarında, xüsusilə onun tərəfindən həyata  keçirilən xarici siyasət strategiyasında öz əksini tapmışdır.

 

Xüsusilə də, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, eləcə də İlham Əliyevin Ali baş komandan kimi hərbi strategiyası, hücum diplomatiyası, xalq-ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan dövləti və onu dəstəklər qüvvələr tərəfindən işğal olunmuş ərazilərimiz azad olundu”.(hafta.az)

 

T.Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...