Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
İyunun 18-də Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı keçirilib.
Versus.Az xəbər verir ki, iclasda BEA-nın prezidenti, professor Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib.
Sonra Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəxri prezidenti, akademik Ziyad Səmədzadənin giriş nitqi dinlənilib. Həmçinin Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, professor Elçin Xəlilov qurumun hesabatını təqdim edib.
Tədbirdə eyni zamanda BEA-nın Azərbaycan Bölməsinin 20 illiyinə həsr olunmuş “Sərhədsiz elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi olub, BEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.
Yeni üzvlərə diplom və “Qızıl döş nişanı” professor Valter Kofler tərəfindən təqdim olunub.
Professor Valter Kofler elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara və bir sıra nüfuzlu alimlərə BEA-nın sertifikatlarını və mükafatları təqdim edib.
Sonda BEA-nın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib. Professor Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan Bölməsinin prezidenti seçilib.
Vüqar Şahinoğlu
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"