"Hökumət Azərbaycan xalqının dini iradəsini, dini kimliyini təsdiqləyir"

18:12 22-06-2022 | icon 668 | Cəmiyyət
"Hökumət Azərbaycan xalqının dini iradəsini, dini kimliyini təsdiqləyir"

Elvüsal Məmmədov: “Din düzgün tətbiq olunduqda, başa düşüldükdə mənəvi aşınmaya qarşı ən əsas faktor kimi çıxış edir” 

 

Azərbaycan islam ölkəsi - dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Beynəlxalq hüquq normalarına söykənən Konstitusiyamızın millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, onun inkişafı və qorunması üçün mümkün hər şeyi edir. Eləcə də mövcud boşluqların aradan qaldırılması üçün lazımı addımlar atılmaqla, cəmiyyətdə dinə münasibətin diqqət və qayğı, inam, sevgi üzərində qurulması yönündə işlərini dava edir. 

 

Versus.az xəbər bu  istiqamətdə müsahibə verən AMEA-nın dosenti, Şərqşünaslıq İnstitunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Elvüsal Məmmədov maraqlı nüanslara diqqət çəkib.

 

- Elvüsal müəllim, Azərbaycan Prezidenti öz çıxışlarında dini mədəniyyətimizi milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir. Dini mədəniyyətimizin düzgün əsaslar üzərində inkişafı istiqamətində hansı addımlar atılır? Ümumən, Azərbaycanda dövlət-din münasibətlərini necə dəyərləndirmək olar?

 

- Əlbəttə ki, Azərbaycan Prezidenti öz çıxışlarında dinə, dini dəyərlərə, dini mədəniyyətin mühümlüyünə tez-tez toxunur. Ölkə başçısı nəzərə alır ki, islam Azərbaycan üçün özünü isbatlamış bir dindir, Azərbaycan tarixinin əsas məhəng daşını əmələ gətirir. Xüsusən də son 12-13 əsirlik tarixmizi islamdan kənarda təsəvvür etmək mümkün deyildir. Bu nöqteyi-nəzərdən Prezident də ölkənin, dövlətin sağlam əsaslar üzərində fəaliyyət göstərməsi üçün tez-tez mənəvi - ideoloji bazaya müraciət eliyir. Çünki mənəvi ideoloji baza olmazsa istənilən qurum, istənilən institut ciddi və yaxud məhsuldar fəaliyyət göstərə bilməz. Bu nöqteyi-nəzərdən Prrezident də bu xalqın kimliyini əmələ gətirən əsas element olan dinə müraciət edir, onu yüksək qiymətləndirir. Və bu baxımdan da Prezident öz çıxışlarında daha çox dəyərlərin mühümlüyünə toxunur. Bu dəyərlərin əksəriyəti mədəni, tərbiyəvi, didaktik dəyərlərdir. Öz başlanğıcını bu və ya digər şəkildə dindən götürür. Yaxud öz başlanğıcını ümumi ənəndən götürsə də, möhkəmliyini və davamlılığını dindən alır, dinlə təmin edir. Prezident bu nöqteyi-nəzərdən dəyərlərə əhəmiyyət verir. Daha sonra dinin institutlaşmış ifadəsi hesab olunan Məscidlərin bərpa olunmasına, inşaasına  xüsusi diqqət ayırır. Qarabağın özündə də daha çox Məscidlərə diqqətin ayrılması özülü atılan, yaxud bərpa edilmsinə başlanılan  ilk məsçidlər olması da dediyimiz mətləblərdən xəbər verir.

 

- Azərbaycanda məscidlərin, dini məbədlərin bərpası, cənab Prezidentin Məkkəyə ziyarəti, işğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına xüsusi diqqətin göstərilməsi nəti ifadə edir. qeyd edək ki, dövlət başçısı və birinci xanım tərəfindən Ağdam, Şuşa  məscidlərinin ziyarət edilməsi, ora Quran gətirilməsi və sair addımlar, eləcə də Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər irqindən, dinindən asılı olmayaraq ölkə və ölkədən kənarda ictimaiyyətə hansı mesajları verir?

 

- Məscidlərin bərpa edilməsinə, yeni ibadət ocaqlarının tikilməsinə verilən dövlət səviyyəli diqqət  çox ciddi mesajlarıehtiva edir. Hər şeydən qabaq ölkə daxilinə belə bir əmin mesaj verir ki, dövlət din məsələsində xalqla eyni cərgədə dayanmışdı. Dövlət dindən uzaq deyildir, əksinə dinlə mənəvi cəhətdən bağlıdır, dinə böyük əhəmiyyət verir. Hökumət Azərbaycan xalqının dini iradəsini, dini kimliyini təsdiqləyirVə bunun üçün də ölkə daxilində dindarlara dövlətin, hökumətin də dinlə bütövləşməsi, dinin yanında olma mesajı  verilir. Əsas mesaj isə daha çox kənara yönəlmişdir. Bu, əsasən də ermənilərə verilən mesajdır. Azərbaycan hökuməti, ölkə başçısı ermənilərə belə bir ciddi mesaj verir ki, bu torpaqlar türk torpaqlarıdır, bu torpaqlar müsəlman torpaqlarıdır, bu torpaqlarda xaçın, yaxud kilsənin hegemonluğu son dövrlərə aiddir. Burada həmişə hilalın, Məscidin mənəvi hakimiyyəti olmuşdur. bununla yanaş ölkə başçısı Azərbaycanda dini vəziyyətin təhlili zamanı qərəzliyə yol verən ayrı-ayrı qurumlara da mesaj vermiş olur ki, heç də Azərbaycanda bəzilərinin iddia etdiyi kimi dindarlar sıxışdırılmır. Bu çox yerində verilmiş mesajdır.

 

- Azərbaycanda İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında Prezidentin iştirak etməsi, din sahəsində milli  kadrların hazırlanmasının əhəmiyyəti ilə bağlı görülən işlər bizə ümumən hansı dəyərlərin inkişafını vəd edir, bu istiqamətdə nələri zöyləmək olar?

 

- Azərbayan İlahiyyat İnstitunun yeni inzibati binasının açılışında Prezidentin iştirak etməsi bir daha göstərdi ki, Azərbaycanda hökumət dini düzgün əsaslar üzərində cəmiyyətdə yenidən bərqərar olmağını istəyir. Dövlət dinin cəmiyyətdə möhkəmlənməsinə qarşı deyildir. Çünki biz müsəlman ölkəsiyik, dövlət dəmənən  müsəlman kimliyinə sahibdir. Və bunu hökuməti təmsil eliyən ayrı-ayrı subyektlər də düzgün qiymətləndirir və başa düşürlər. Ona görə də hökumət çalışır ki, Azərbayanda dinin cəmiyyətdə yenidən bərpa olunmağı düzgün qaydada getsin. Çünki tarixn dinə münasibtdə özünü göstərən ayrı-ayrı hallar bəzən görürsən ki, ayrı-ayrı hallar dağıdıcı, ya da yaradıcı, qurucu ola bilir. Əlbəttə ki, dövlət dinə institusioal qayğı göstərməklə bu ölkənin sərhədləri daxilindəki maraqları əsas götürən dini-dindar, ilahiyyatçı subyektlər yetişsin. həm şəriəti, həm dini yaxşı bilsinlər, amma hər şeydən qabaq bu ölkənin nöqteyi-nəzərlərini əsas götürsünlər. Problemlərə bu ölkənin prizmasından yanaşsınlar. Yaxud, hökumət çalışır ki, yerli, bizə daha da doğmalaşmış ilahiyyatçı kadrlar ölkədə din sahəsindəki bu və ya digər problemləri həll edən tərəf kimi çıxış etsinlər. Əksinə, onları böyüdən, əlavə problemlə yaradan subyektlər kimi deyil. Çünki kənarda təhsil alıb gəlmiş ilahiyyatçı subyektlər daha çox problem yaratmaqda, problemləri mürəkkəbləşdirməkdə, tarixi hadisələrin əsasında  ideoloji soyuqluq, yaxud təfriqəçilik yaratmaqla məşğuldurlar. Bunu heç kəs inkar edə bilməz. Məzhəbçilik,  bu və ya digər dövlətin maraqlarını din pərdəsi altında ölkədə təbliği - hamısı Azərbaycan hökumətinin əsaslı şəkildə narahat olduğu məsələlərdir, İlahiyyat İnstitunun yaradılması bir daha onu göstərir ki, Azərbaycan hökuməti dini məsələyə ikinci dərəcəli məsələ kimi baxmır. Əksinə, o maraqlıdır ki, bu ölkənin əsas dəyəri hesab olunan islam cəmiyyətdə daha sağlam, daha düzgün qaydada özünə yer etsin.

 

- Bu dövr ərzində ölkəmizdə məscidlərin -Bibiheybət, Təzəpir, Şamaxı cümə və s ibadət yerlərinin  yüksək səvyyədə bərpa olunması, Dini məbədlərin tikintisi və əsaslı bərpası ilə bağlı statistikaya nəzər salsaq, hansı mühüm amillərin üzərində dayanmaq olar?

 

- Əlbəttə ki, həmişə dindən sui-istifadə edənlər həmişə olmuşdur. Eyni zamanda Azərbaycan cəmiyyətində müasir dövrdə ən böyük problem dəyərlərin, müqəddəs adlanan anlayışların tənəzzülə uğramasıdır. Bunlar təkcə fərdlərin timsalında deyil, artıq ayrı-ayrı qrupların timsalında tənəzzülə uğrayıb. Bu tənəzzül sosial problemə çevrilmişdir. Şübhəsiz ki, mənəvi tənəzzüldə cəmiyyəti ayaqda saxlayan ən ali-mənəvi immunitet inamdır, Allaha olan inancdır. Din düzgün tətbiq olunduqda, başa düşüldükdə mənəvi aşınmaya qarşı ən əsas faktor kimi çıxış edir. Biz dinin yaratdığı müqaviməti mənəvi müqavimət adlandırırıq. İnsanlar bu iman immunitetinə sahib olmaqla mənəvi, aksioloji aşınmanı ya ləngidə bilirlər, ya da onu saxlayırlar. Amma eyni zamanda görürsən ki, ayrı-ayrı dindar subyektlərin hərəkətləri dinin adına xələl gətirir. Bu da cəmiyyətdə, xüsusən sosial şəbəkələr vasitəsi ilə həmin dindar subyektlərin yarıtmaz yanaşma təzini, dinə baxışını əsas götürən destruktiv şəxslərin də dəyirmanına su tökmüş olur. Ona görə də biz maraqlı olmalıyıq ki, dini təmsil edən kadrlar, dini təmsil edən dindarlar, ilahiyyatçılar, Məscid imamları ali dəyərləri, Quran dəyərlərini, sünnə dəyərlərini layiqilə təmsil etsinlər, insanlara ümid işığı olsunlar. Və biz bir tərəfdən həm layiqli kadr yetişdirməklə, sağlam ilahiyyatçı subyektlərin düzgün fəaliyyətini təmin etmiş olacağıq, həm də dini dəyərlərdən sui-istifadə edən ayrı-ayrı dindar subyektlərin də fəaliyyətini məhdudlaşdlracaqıq. 

 

- Elvüsal müəllim, necə hesab edirsiz, dini-mənəvi dəyərlər sistemində olan boşluqların aradan qaldırılmas əks təsirləri ilə cəmiyyətin ruhi dəyərlərini istismar etməyə çalışan hansı amilləri zərərsizləşdirir? 

 

- Əlbəttə ki, həmişə dindən istifadə edənlər olmuşdur.  Müstəqillikdən sonra Azərbaycan dövləti ölkədə ölkə mədəniyyətinin əsas hissəsi hesab olunan dinin cəmiyətdə düzgün bərqərar olmağı üçün özünün tədbirlırini ardıcıl şəkildə həyata keçirdir. Əlbəttə, dövlət maraqlıdır ki, dindən istifadə edən ayrı-ayrı ünsürlər ölkə daxilində dini zəmində qeyri-stabillik yaratmasınlar. Əlbəttə dövlətin özünün, ölkə başçısının, birinci vitse-prezidentin dinə diqqət və qayğısı həm də ona görədir ki, dinə münasibətdə sui-istifadə mövqeyindən çıxış edənlər və yaxud məsələyə praqmatik yanaşanlar belə bir bəhanədən, iddiadan çıxış eməsinlər ki, ölkədə dinə dövlət səviyyəsində qayğı yoxdur.  Bu nöqteyi-nəzərdən ictimai yanaşmada da, əslində ölkənin gələcək təhlükəsizliyini görə bilənlər, ölkədə stabilliyin əhəmiyyətini başa düşənlər dövlətin bu istiqamətdəki addımlarını müsbət qiymətləndirirlər. /Həftə-içi/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...