Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb
Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb
İlk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub.
Versus.az xəbər verir ki, Bakıdan ziyarətə yola düşən zəvvarlar öz fikirlərini “Report”la bölüşüblər.
Zəvvar İltifat Mədətova bildirib ki, Həcc ziyarəti onun çoxdankı arzusu olub. 62 yaşının olduğunu deyən zəvvar koronavirus pandemiyası ilə əlaqədar olaraq səfərlərin, ziyarətlərin bağlı olmasına görə iki ildir gözlədiyini bildirib:
"Nəhayət bu il qismət oldu. Allah hər kəsi arzusuna çatdırsın. Bütün Azərbaycan xalqı üçün dua edəcəyəm".
Digər zəvvar Cavanşir Aşurovun sözlərinə görə, 13-cü dəfədir Həcc ziyarətinə yola düşür:
"Hər dəfə başqa bir cür həyəcanlanıram. Məkkədə namaz qılarkən o qədər xoşbəxt oluram ki, o xoşbəxtliyi ancaq yaşamaq lazımdır".
Qeyd edək ki, ilk qrupda 180 nəfər var. Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"