Oxu.Az - 9 İL SİZİNLƏ


Bu gün Azərbaycanın ən oxunaqlı xəbər portallarından biri olan Oxu.Az-ın doqquz yaşı tamam olur.
Versus.Az xəbər verir ki, oxu.az saytı 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.
24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.
Oxu.Az öz göstəriciləri ilə media sahəsində aparıcı mövqedə dayanmaqdadır.
Saytın komandası oxuculara daim yeni və maraqlı materialları operativ şəkildə təqdim edir.
Versus.Az İnformasiya Agentliyi olaraq Oxu.az-ın kollektivini təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq.
Versus.Az

Xəbər lenti

"Rezanın daxili Odisseyası” adlı fotosərgi sentyabrın 15-nə dək uzadıldı
Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib