Hərbçimiz bu gün insanlarımızı öldürən müharibədən DANIŞDI

11:03 03-07-2022 | icon 753 | Cəmiyyət
Hərbçimiz bu gün insanlarımızı öldürən müharibədən DANIŞDI

Alp Arslan İmamqulu: “Topla, mərmi ilə düşməni kənarda axtarırsan, amma yanındadır”

 

“Səni mərmi ilə vurmağa ehtiyac yoxdur. Ədalətsiz tenderlər, ikili standartlar və saxta sertifikatlarla bacarana can qurban prinsipləri altında biznes mühitinin dəstəklənməsi mövcud genefondun məhv edilməsində daha qalıcı izlər buraxmağa yetərlidir. Bunun yanına mənəvi dəyərlərin də yıxılması əlavə olunsa atom bombasına ehtiyac yoxdur. Sən topla, mərmi ilə düşməni kənarda axtarırsan amma yanındadır.Bu savaş çox daha çətindir. Allah millətimizi və dövlətimizi içimizdəki düşmənlərdən qorusun”. 

 

Bunu Versus.az-a hərbi təhlilçi Alp Arslan İmamqulu gəlcəyimizi hərbi silah-sursatlardan da çox təhlükə altına alan hibrit müharibəsindən, müasir dövrün müəyyən neqativ nüanslarna diqqət çəkərkən bildirib.

 

A.A.İmamqulunun sözlərinə görə, o, tonlarla bal axtarışında olan adamlarla rastlaşıb. Mövcud olan əlaqələrindən istifadə edərək, təkliflərini verib. Sonra məlum olub ki, bu adamlar kilosu 6 manata bal axtarışındadır. Hansı ki, bu qiymətə bal adı altında saxta bal siropu almaq olar. Yəni bal dadı verən insana hədsiz zərərli şəkər kütləsi:

 

“Düşünün, bu gün məşhur “tədarükçülər” tonlarla saxta məhsulu uşaq baxçalarına, məktəb bufetlərinə, hərbi hissələrə bal olaraq satırlarsa vəziyyət nə dərəcə vahiməlidir. Gələcəyimiz hansı təhlükə altındadır. Belə nümunələri artırmaq olar. Saxta bal, yağ və GMO tərkibli meyvələrlə, tərəvəzlərlə qidalanan insanlarımızın sağlamlığına davamlı vurulan zərbələr var.  Belə olan halda bizə başqa düşmən lazım deyil. Sən demə, düşmən içimizdədir. Düşmən murdar nəfəsli vicdansız məmur və tacirlərimizdir. Hibrid müharibə budur”.  

 

A.A.İmamqulu Çindən olan bir biznesmenin verdiyi sualı ibrətamiz bir məqam kimi ictimai fikrin qarşısına çıxararaq, hər kəsi cavabını düşünməyə dəvət edib:

 

“Çinli biznesmen deyib: Müsəlman ölkələrindən gələn iş adamları bizə, saxta malların üzərinə brend etiket vurmağımızı istəyir, ancaq onları yeməyə dəvət edəndə təamlarının halal olub-olmadığını soruşurlar". İslamda insanları aldadaraq pul qazanmaq haram sayılmırmı?..”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...