Avropa jurnalist təşkilatlarının toplantısı keçirilib

11:20 20-06-2022 | icon 496 | KİV
Avropa jurnalist təşkilatlarının toplantısı keçirilib

Avropa Jurnalistlər Federasiyasının (EFJ) nöbəti Baş Toplantısı Türkiyənin İzmir şəhərində keçirilib. Avropanın 45 ölkəsindən 71 üzv təşkilatı təmsil edən 110  nəfər nümayəndənin qatıldığı toplantıda Azərbaycandan EFJ-nin ölkə üzrə təmsilçi təşkilatı- Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli iştirak edib.

 

JuHİ sədri bildirib ki, EFJ-nin Baş Toplantısında 2 istiqamət üzrə müzakirələr keçirilib, bəyanatlar verilib, qərarlar qəbul edilib.

 

EFJ komissiyalarının medianın müxtəlif mövzuları üzrə  hesabatları dinlənilib. Mövzular çox olsa da, diqqət əsasən 3 məsələ üzərinə yönədilib:

 

- Dezinformasiyanın qarşısının alınması üzrə Avropa məkanında  qəbul edilən qanunlara münasibət bildirilərək qeyd edilib ki, sosial şəbəkələrin inkişafına  müvafiq olaraq, saxta xəbər /fake news  da sürətlə yayılır. Bunun qarşısını almaq üçün əksər ölkələrdə əlahiddə  qanunlar qəbul edilir. Amma həmin qanunlarda sui-istifadə halları vardır: saxta xəbərə qarşı qanunlar həm də ənənəvi medianı əhatə edir, peşəkar medianın imkanlarını daraldır. Bu  baxımdan həmin qanunlarda  azad medianın imkanlarını məhdudlaşdıran bəndlərin olması  təhlükə kimi dəyərləndirilib. Dövlətlərə müraciət edilib ki, dezinformasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində peşəkar medianın imkanlarını daraltmaq tendensiyasından əl çəksinlər.

 

- İkinci mühüm məsələ kimi  jurnalistlərə qarşı təhdidlərin artması göstərilib. Qeyd edilib ki, 2022-ci ilin  may ayına olan statistikaya görə, Avropa məkanında 86 nəfər jurnalist həbsdədir, 400-dən artıq jurnalist təhdid və hədə halı ilə qarşılaşıb. Bu tendensiya getdikcə yüksəlir. Avropa məkanında bu halların qarşısını almaq üçün təkliflər səsləndirilib.

 

Toplantıda  regional KİV-lərin çətin durumda olması, getdikcə sıradan çıxması da müzakirə edilib. Regional KİV-lərin imkanlarının azalması ümumilikdə  peşəkar KİV-in kəmiyyətinin və imkanlarının məhdudlaşması kontekstində  dəyərləndirilib. Qeyd edilib ki, “Regional KİV-lər insanlarla birbaşa,  ilk təmas quran peşəkar KİV-lərdirlər və qorunub saxlanılmalıdırlar”.

 

Toplantıda Rusiya-Ukrayna müharibəsi və Rusiya  mediası üzərində də  xüsusi dayanılıb. Vurğulanıb ki, Rusiya mediası bu dövlətin təcavüşkar siyasətinin  təbliğatçısına və təşviqatçısına çevrilir. Rusya mediasının təcavüzkar siyasətdə təbliğat/təşviqatçı olmasını pisləyən bəyanat qəbul edilib.     

 

Baş Toplantı çərçivəsində EFJ-nin struktur bölmələri  yenidən formalaşdırılıb. EFJ-nin  prezidenti, vitse-prezidenti, idarə heyəti yeni şəxslərdən ibarət olmala yenidən seçilib.

 

JuHİ sədri Baş Toplantı çərçivəsində müzakirələrdə iştirak edib. Paralel olaraq, tədbirə qatılmış digər Avropa ölkələrinin jurnalist təşkilatları ilə ikitərəfli görüşlər keçirib. Almaniya, İtaliya, Türkiyə, İspaniya jurnalist ittifaqları  ilə ikitərəfli  münasibətlərin qurulması, inkişaf etdirilməsini razılaşdırılıb.

 

GÜNAY
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...