992 dini qurum dövlət qeydiyyatına ALINIB
2022-ci ilin I yarısında Komitədə ümumilikdə 992 dini qurum dövlət qeydiyyatına alınıb, ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılması ilə əlaqədar 1 müraciətə müsbət cavab verilib.
Versus.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının bu ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə bildirib.
O qeyd edib ki, komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 5251 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 108 adda dini ədəbiyyat ekspertizadan keçirilib. Hesabat dövründə 178 adda (259 100 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markası verilib.
Vüqar İrəvanlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"