Cəlilabadda kütləvi dava

14:30 07-07-2022 | icon 697 | Hadisə
Cəlilabadda kütləvi dava

Biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb

 

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

 

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Babalı və Şorbaçı kəndlərinin kəsişməsində yerləşən örüş sahəsində qeydə alınıb.

 

Məlumata görə, rayonun Babalı kənd sakini, 12 yaşlı Y.Əzizov Şorbaçı kəndindən olan 7 nəfər tərəfindən döyülüb. Daha sonra yeniyetmənin köməyinə gedən atası Qədəmşah Əzizov və əmisi Səməd Əzizov da orada döyülüblər.

 

Döyülən şəxslərin sözlərinə görə, onlar qonşu kənddə digər kənd sakinlərinə məxsus mal-qaranın örüş sahəsinə girdiyi üçün fiziki təzyiqlərə məruz qalıb. Qeyd olunub ki, təsadüfən oradan keçən yeniyetmə bu səbəbdən döyülüb.

 

Məlumata görə, dava zamanı qarşı tərəfdən də bir nəfər xəsarət alıb.

 

Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev faktı təsdiqləyib. O bildirib ki, həmin mübahisə zamanı hər iki tərəfdən xəsarət alan olub.

 

DİN rəsmisi qeyd edib ki, faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB