Daha bir qurumda maaşlar ARTACAQ

20:58 07-07-2022 | icon 733 | İqtisadiyyat
Daha bir qurumda maaşlar ARTACAQ

Bu ilin sonuna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməkdaşlarının maaşları artırılacaq.

 

Versus.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.

 

“Biz zərərdən mənfəətə keçməmiş əməkhaqqı artımına baxa bilməzdik. Bundan sonra atılacaq addımlar o olacaq ki, ötən ildən başlamış müsbət trendi bu ilin sonuna qədər saxlayaq və ili müsbət nəticələrlə yekunlaşdıraq. Bu boyda strukturda maaşlara birdən baxmaq çətin olacaq. Amma ilin sonundan etibarən maaşların hissə-hissə artırılması nəzərdə tutulur. Eyni zamanda maaşlara standart yanaşma olmayacaq ki, konkret olaraq bu məbləğin üzərindən qalxmalıdır. Bu düzgün deyil və rəqabətlik prinsipi olmalıdır. Elə şöbələr var ki, orada gün ərzində 3 nəfər gəlir, elə şöbələr var daim növbələr olur. Bu zaman bir əməliyyatçı kifayət üədər iş yükü götürür. Buna biz “transaction bonus” deyirik. Yəni bir işçiyə düşən əməliyyatların sayına görə paylaşdıracağıq və təbii ki, müsbət göstəricilələl işləyən filial və şöbələrdə bu əməkhaqqıya müsbət təsir göstrəcək”, - deyə o, qeyd edib.

 

Qeyd edək ki, bundan öncə də bir neçə dövlət qurumunda maaşlar artmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Azərbaycanlı futbolçu xaricə köçdü

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

“Uşaq Avroviziya”nın QALİBİ

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM