“Heç olmasa xarabalıq vəziyyətdə qalmış tarixi yerləri qorumaq lazımdır”
Telman Qasımov: “Təpəbaşı məhəlləsi Bakıdakı tipik içəri şəhər kimi idi”
Bu gün Ermənistanın paytaxtı kimi tanınan Yerevan - İrəvan şəhəri tarixi Azərbaycan torpaqlarıdır. İrəvan şəhərinin Azərbaycan müsəlman-türk xalqına məxsusluğu həmin ərazilərdə hələ də izləri qalan tarixi abidələrdə əks olunur. Lakin vandal ermənilər yüz illər boyu Azərbaycana qarşı aparılan işğal, seporatizm, faşizm siyasətini bu gün də davam edir və İrəvanın qədim Azərbaycan diyarı olduğunu sübut edən faktları məhv etmək üçün törətdikəri cinayətləri bu gün də davam edirlər.
Tarixi faktlara əsasən Gülüstan-Türkmənçay müqaviləsindən sonra Azərbaycanın İrəvan mahalına, Qərbi Azərbaycana köçürülən ermənilərin orada dövlət qurma siyasətinə uyğun o mahalda yaşayan Azərbaycan müsəlman türkləri sıxışdırılıb, məhv edilib, ayrı-ayrı vaxtlarda deportasiyaya məruz qoyulub, öz evlərindən didərgin salınıblar. Qərbi Azərbaycandan Göyçə mahalından ən axırıncı müsəlman azərbaycanlı-türkü 1989-cu ildə öz dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. Artıq tarixi Azərbaycan torpağı olan Ermənistanda bir dənə də azərbaycanlı-müsəlman türkü yaşamır. Tariximizi sübut edən abidələrimiz – o torpaın istər altında, istərsə də üstündə qalmaqla Azərbaycan-türk xalqının milli-mənəvi ruhunu yaşadır...
Bu gün Qədim Azərbaycan şəhəri olan İrəvanın yaranması, inkişafı və erməniləşdirilməsinə qədər uzanan tarixi yolun sağ qalan şahidi - Təpəbaşı məhəlləsinin qalıqlarıdır. Təpəbaşı məhəlləsinin sağ qalan azərbaycanlı ziyalıları-şahidləri də var. Və bu gün İrəvanda yeganə salamat qalan Azərbayacanın mədəni irsinin məhv edilmə təhlükəsi üz-üzə dayanaraq dünyaya səslənərək abidənin qorunması üçün tədbirlər görülməsini istəyirlər.
Xəbər verildiyi kimi, 2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi gözlənilir. Azərbaycan ictimaiyyəti UNESCO-dan missiyanın gedəcəyi ünvanlardan biri kimi Azərbaycanın tarixi ərazisi olan İrəvanda Təpəbaşı məhəlləsinə baş çəkməsini gözləyir, tələb edir.
Versus.Az xəbər verir ki, bu istiqamətdə irəvanlı ziyalı, Təpəbaşı məhəlləsində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı soyqırımla bağlı YUNESCO-ya edilən müraciətə imza atan “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, İrəvanın keçmiş sakini Telman Qasımov danışıb.
T.Qasımov faktlara əsasən bildirib ki, İrəvan şəhərinin ürəyi sayılan Təpəbaşı məhəlləsi şəhərin şərq yüksəkliyində yerləşir. Bu məhəllə əsrlər boyu ən qədim və muzey məhəlləsinə çevrilən İrəvanın tarixi məskənlərindən biridir.
Onun sözlərinə görə, keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər Təpəbaşının özünəməxsus obrazını yaratmışdılar:
“Bu məhəllədə sadə insanlarla yanaşı şəhərin adlı-sanlı şəxsləri, sənətkarları və tacirləri yaşayıblar. Onların təkcə torpaqları yox, həm də mülkləri də olub. Xatirimdədir ki, sakinlər məscidlərdə toplanıb çay içib söhbət edirdilər”.
O qeyd edib ki, bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib:
“Dünya buna səssiz qalmamalıdır. Mən də İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı YUNESCO-ya müraciət edirəm. Bu məsələ diqqətdə saxlanılmalıdır”.
T.Qasımov həmçinin Təpəbaşı məhəlləsinin yaşadığı dövrə aid milli koloriti barədə xatirələrini bölüşüb:
“Təpəbaşı Şərq üslubunda tikilmiş məhəllə olub. Çoxları bu məhəlləni “Şəhər içində şəhər” adlandırır, bəziləri İrəvan şəhərinin mərkəzi hesab edirlər. Çünki Təpəbaşı şəhərin digər məhəllələrindən fərqli olub.
Beynəlxalq təşkilatlara, xüsusən UNESCO-ya çatdırmaq lazımdır ki, onlar Ermənistana gedirlərsə, mütləq Təpəbaşını ziyarət etməlidirlər. O məhəllənin ziyalılarının, imkanları şəxslərinin, onların mülklərinin bizdə siyahısı var. UNESCO-nun nümayəndələri İrəvana gedərkən bunları araşdırsalar, yaxşı olar”.
T.Qasımov bildirib ki, bu hər kəsə məlumdur: nəinki İrəvan, bütövlüklə Qərbi Azərbaycan müsəlman azərbaycanlıları məskunlaşmış bir bölgəmiz, Azərbaycanın bir hissəsi olub. İrəvan şəhərinin tarixi də bəllidir, bütün mənbələrdə faktlar bunu sübut edir ki, İrəvan əhalisinin çox hissəsində müsəlman azərbaycanlılar yaşayıb, infrastrukturu bütövlüklə Şərq məniyyətinə və memarlıq üslübuna aid olan bir şəhər olub. Şəhərin 4 əsas məhəlləsi olub: Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olub.
Təpəbaşı məhəlləsi digər məhəllələrdən fərqli olaraq yüksəklikdə, təpənin üstündə yerləşib. Digər məhəllələr kimi Təpəbaşı məhəlləsinin də bütün arxitekturası, infastrukturu Şərq-islam strukturuna uyğun tikilən bir məhəllə olub. Həmin məhəllənin Təpəbaşı Məscidi, Xan sayrayı, Meydan məhəlləsi məscidin qarşısında görünən məhəllələr olub. O məhəllədə qədimi bulaqlar olub. Ermənilər tərəfindən bu abidələr hamısı darmadağın edilib. Bütün o tikintilər, infrastrukturlar, həmin o Təpəbaşındakı küçələr hamısında Azərbaycan adları olub. Həmin o məhəllənin ikimərtəbəli evləri, zadagənləri, xanları, axundları olub. 1915-ci ildə İrandan və Türkiyədən köçürülüb gətirilmiş erməniləri o ərazilərdə yerləşdiriblər. Bundan sonra nəinki İrəvanın, Təpəbaşı məhəlləsinin, bütövlükdə tarixi Qərbi Azərbaycanın milli mədəni, arxitektura sferası bütövlüklə dəyişdirilib. Ermənilər məhəlləni xarabalığa çeviriblər. Məhələnin çox bir az hissəsi xarabalıq vəziyətində olsa da bu günə qədər qalıb. Ermənilər çalışırlar ki, o abidənin qalıqlarını da birdəfəlik yox eləsinlər. Ümumilikdə ona çalışırlar ki, müsəlman Azərbaycanlılarına aid tarixi abidələr, onların milli mədəni dəyərlərini xatırladan bir dənə nümunə qalmasın. Erməni məfkurəsinə görə onlar gələcəkdə yalandan deyəcəklər ki, bu məhəllədə türklər müsəlman azərbaycanlıları yaşamayıb. Ermənilərin vacib başlıca məqsədi budur. Bu baxımdan ermənilər nəinki Təpəbaşındakı mədəni irsimizi məhv ediblər, bütövlüklə İrəvanın mədəni irsini məhv eiblər. Təsəvvür edin ki, bir şəhərdə olan 8 məsciddən yeganə Gör Məscid qalıb. Onu da saxtalaşdırıb, Azərbaycan türk izini ordan yayındırmaq üçün adını fars məscidi qoyublar. Bu necə fars məscidi ola blər ki, bu məscidi tikən İrəvan xanı Hüseynqulu Xan olub. O da Qacar tayfasındandır, Azərbaycan türküdür, Təpəbaşı məhəlləsindəki Məscidin kümbəzi artıq dağıdılıb. Mən o Məscidi 88-ci ilə qədər görmüşdüm. Məscidin kümbəzi yerində idi, divarları da dağılmamışdı. Ermənilər o abidəni restovrasiya eləsəydilər, indi bu vəziyyətə düşməzdi. Təsəvvür edin ki, 16-cı əsrdən sonra tikilmiş bir məscid Ermənistanda baxımsız qalırsa, necə olmalıdır.
Bu gün Ermənistanda Respublika meydanı deyilən yerdə tikilən fəvvarələrin təmiri zamanı qazıntı işləri aparılanda həmin ərazidə fəvvarlərin altında türk-müsəlman əhalisinə aid olan bir məhəllə, həmin yerdə bişmiş qırmızı kərpicdən Şərq üslubunda tikilmiş tağbəndli tikililər üzə çıxdı. Gördülər ki, ermənilərə aid deyil, dərhal üstünü betonladılar ki, guya gələcək nəsl araşdırar. O zaman ermənilərin də arasında elələri oldu ki, abidənin üzərinin betonlanmasına etiraz elədilər. Sonradan o abdələrin qədimi şəkillərini tapdılar. Məlum oldu ki, bura kümbəzli, məscidli, hamamlı yerli müsəlman azərbaycanlılarına aid br məhəllə olubdur. O məhəllənin videoları, fotoları da var.
İrəvandakı Firdovsi küçəsi də bütövlükdə azrbaycanlılar məhəlləsi idi. Orada Azərbaycanın mədəni irsi yaşayıb. Oradakı tikintilər Şərq üslubunda tikilmiş evlər idi. Ermənilər bunları da məhv elədiər”.
T.Qasımov bildirib ki, ermənilərin bu vandalizminə qarşı mübarizə aparmaqda geciksək də, artıq tarixi faktlar yenidən açılmalı və haqqımız bərpa olunmalıdır:
“Ona görə də YUNESKO-ya müraciət edən 100 dən artıq ictimai təşkilatların arasında “Elmi Araşdırmalar” birliyinin rəhbəri kini mən də o müraciətə imza atdım. Biz YUNESKO missiyasınn qarşısında məsələ qaldırmalıyıq ki, İrəvana gedəndə Respublika meydanında aşkar olunan şəhər məhəlləsinin yenidən qazılıb üzə çıxarılmasına nail olsunlar. Ermənistanın törətdiyi bu vəhşiliyə qiymət verilməlidir. Eləcə də Təpəbaşındakı Məscidlə bağlı məsələ qaldırılmalıdır. Orada Xanın evi demək olar ki, yox vəziyyətindədir. Orada çox gözəl arxetukturaya malik qədimi binalar var idi. Təpəbaşı məhəlləsi Bakıdakı tipik içəri şəhər kimi idi. Təsəvvür edin ki, şəhəri məhv ediblər əhatəyə alıblar və ətrafında yeni şəhərlər sala -sala gedirlər. Qədim şəhəri sıxışdırıb məhv edirlər. O məhəllələrdə doğulub-böyüyən böyük ziyalılarımız olub - Əziz Əliyev, Topçubaşov, Səid Rüstəmov, Mirzə Qəni İrəvani, çox böyük alimlər axundlar...Orada yaşamış İrəvanilər familiyasi ilə gedən türk-islam alimləri var. Ermənistan hakimiyyəti Azərbaycan türkünə aid abidələrdən daşı-daşı üst qoymayıb. İrəvanda Zəngi çayı üzərində yerləşən Qırmızı körpü var ki, İrəvan qalasına yol həmin o körpünün üstü ilə olub. İndi o körpü yarım dağınıq vəziyyətdədir. Yox olma təhlüksəi ilə üz-üzədir. Amma indiyə qədər o körpü bərpa olunmalı idi.
İrəvan şəhəri bağlar şəhəri, yaşıllığın arasında olub. Həmçinin Təpəbaşında İrəvan xanın 14 bağı olub. Təsəvvür edin ki, xanın məhşur dərmə bağlarında müxtəlif növ meyvə ağacları olub. Xalq, insanlar o meyvə bağlarından istifadə edirmiş. Orda hər bağ oradkı bəyinin adı ilə olub. Dərmə bağlarında məscidi, yay üçün iqamətgah olurdu”.
T.Qasımov göstərilən faktlar əsasında qeyd edib ki, Ermənistanda Azərbaycan-müsəlman türk abidələrinə məhəl qoyulmur. Burda məqsəd türk-müsəlman irsini tamamən məhv etməkdir:
“Vandal millət o yerlərin əsl sahiblərini -insanları köçürtdülər, çıxartdılar. Bəs bu tarixi abidələrin günahı nədir?!.”
T.Qasımov qeyd edib ki, Azərbaycanın qədim tarixini sübut edən irəvan abidələri, o torpaqlarla bağlı faktlar saysız-hesabsızdır. Bu gün o tarixi məhv edən erməni vandalizmini dünyaya çatdırmaq lazmdır. Heç olmasa o xarabalıq vəziyyətdə qalmış tarixi yerləri qorumaq lazımdır. /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...