İcra başçısı 1-ci Qarabağ müharibəsi qazisi ilə görüşdü
Qazi qardaşlarımızı intihara aparan problemləri müəyyən etməliyik
Bu gün Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayon sakini, 16 yaşında könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş, 1-ci Qarabağ müharibəsi qazisi Nahid Canbaxışlı ilə görüşüb.
Görüşdə Vuqar Zeynalov Səbail RİH tərəfindən 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı şəhid olan Vətən oğullarının ailələrinə, eyni zamanda qazilərə göstərilən diqqət və qayğı ilə bağlı fikir bildirib, bu istiqamətdə görülən işlər və planlar haqqında danışıb.
Görüşdə 1-ci Qarabağ müharibəsi qazisi Nahid Canbaxışlı yüksək qəbula görə RİH-nin başçısı Vüqar Zeynalova təşəkkür edib.
Nahid Canbaxışlı bildirib ki, hər zaman Səbail rayonunda dövlət orqanları şəhid ailələrinə və qazilərə yüksək etiramla yanaşıblar, ortaya çıxan problemlərin həllində yaxından iştirak ediblər.
Son günlər ikinci Qarabağ müharibəsinin qaziləri arasında baş verən intihar hallarının ağrıdıcı olduğunu bildirən Nahid Canbaxışlı bildirib ki, belə halların baş verməməsi üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyətlə addım atmalıdır:
“Biz Qazi qardaşlarımızı intihara aparan problemləri müəyyən etməliyik, onların həllinə nail olmalıyıq. Bəziləri bu kimi hallardan öz məqsədləri üçün istifadəyə yol verməməliyik”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"