İran mətbuatında erməni vandallığı əks olundu 

17:20 14-07-2022 | icon 719 | Cəmiyyət
İran mətbuatında erməni vandallığı əks olundu 

 

 

 

AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi nəşr olunub.

Məqalədə I və II Qarabağ müharibəsi zamanı mülki və hərbi əsirlərlə rəftar Ermənistan dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğunu əyani, hüquqi, tarixi fakt və sənədlərə istinad edilərək elmi cəhətdən sübut edilib.

 

Versus.az xəbər verir ki, müəllif məqalədə qeyd edir ki, əsirlərlə rəftar tarixdən bugünə kimi istrər həbiçilərə, istərsə də mülki əhaliyə qarşı ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdən birdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridir. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı istər yerli, istərsə də xarici ölkələrdə olan faktlar, araşdırmalar, sənədlər, beynəlxalq və regional təşkilatlarım hesabatları göstərilir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş - onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.

 

Bundan başqa Şərqşünas alim S.Talıblı məqalədə əsirlərlə rəftar və işgəncələr haqda erməni vandalizmi haqda faktlar, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismini, təcavüzkar Ermənistanın işğal zamanı əsir götürülmüş mülki əhaliyə qarşı terrorları, Azərbaycan Respublikasının əsir və girovlarla bağlı gördüyü tədbirlər,  I Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan hərəkətləri, girov saxlanınanlara münasibət və beynəlxalq hüquqda hansı qanunlarda öz əksini tapması və s. məsələlər öz əksini tapıb.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...