QHT-lərdən intihar hallarının artması ilə bağlı BƏYANAT

19:32 20-07-2022 | icon 523 | Cəmiyyət
QHT-lərdən intihar hallarının artması ilə bağlı BƏYANAT

İntihar mövzusu son zamanlar  demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, gündəmdə olan mövzulardan biridir.

 

Xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti narahat edir. İntiharın müxtəlif səbəbləri var. Bəzən insanlar öz qarşılarına gücü və potensialına uyğun olmayan məqsədlər qoyurlar. Müəyyən zaman keçdikdən sonra bu məqsədlərə çatmayanda və ya arzularını reallaşdıra bilməyəndə onlarda ruh düşkünlüyü yaranır və çıxış yolunu intiharda görürlər.

 

Bundan əlavə televiziya və internet resurslarda nümayiş olunan əksər film və seraiallarda, həmçinin cinayətlə bağlı verilişlərdə ölüm hadisələrinin  motivləri aşkar  özünü biruzə verir. Bəzən intihar hadisəsi ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrinə sosial şəbəkələrdən daxil olur. Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir. Öz təsdiqini tapmayan informasiyanın  cəmiyyətə çatdırılması yanlış addım kimi qiymətləndirilir və qeyri-peşəkarlığın bariz nümunəsidir.

 

Dünya təcrübəsi və aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, mürəkkəb fenomen olan intihar hallarına qarşı yalnız komlpeks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri isə bütövlükdə cəmiyyət tərəfindən dəstəkləndiyi təqdirdə təsirli olur. İntihar hallarına qarşı mübarizə və profilaktik tədbirlərə dəstək verilməsi məqsədilə vətəndaş cəmiyyəti üzvlərini, qeyri hökumət təşkilatlarını, media nümayəndələrini və digər aidiyyatı qurumları aktiv olmağa və bu sahədə öz töhfələrini verməyə çağırırıq! 

Biz birlikdə güclüyük!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...