“Onun “Prezident Əliyev Qafqazın ən uzaqgörən siyasətçisidir” deməsi”...

10:00 01-08-2022 | icon 448 | Cəmiyyət
“Onun “Prezident Əliyev Qafqazın ən uzaqgörən siyasətçisidir” deməsi”...

Əliməmməd Nuriyev: "Diplomatik jestdən çox, məhz bu rəğbətin təzahürü kimi qiymətləndirilə bilər"

 

QMİ sədrinin səfəri əlbətdə, ilk növbədə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasına böyük mənəvi dəstək oldu. Şeyxülislam Allahşükür Paşazadənin təvözakar davaranışı, ünsiyyəti, çətinliklərə bələd olması səmimi müzakirə mühiti yaratdı və Azərbaycan dövlətinin bütün mümkün vasitələrlə soydaşlarımızı dəstəkləyəcəyinə inamı artırdı. 

 

Versus.Az xəbər verir ki, bu harədə Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərini şərh edərkən bildirib.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərində nümayəndə heyətinin üzvü kimi iştirak edən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərdə qarşılıqlı etimad mühtinin, xalqlarımızın dostluq bağlarının möhkəmlənməsində əhəmiyyətli töhfə kimi qiymətləndirilməlidir: 

 

"Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşlərində və apardığı danışıqlar müzakirələrdə səmimi atmosferi, hər iki ölkəni narahat edən regional və qlobal proseslər, onların bölgəmizə təsiri açıq müzakirə oludu. Qənaətimə görə, bu müzakirələr Gürcüstan siyasi rəhbərliyinin cəmiyyətimizdəki ab-havanı, ölkələrimizin münasibətlərinə baxışını, regionun gələcəyi ilə bağlı yanaşmalar və dövlətimiz tərəfindən yürüdülən siyasətin daha yaxşı başa düşülməsi üçün əhəmiyyətli oldu. Şeyx həzrətlərinin bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi , təhlükəsizliyi ilə bağlı məsələlərə cəmiyyətimizin olduqca həssas münasibətini, gözləntilərini açıq şəkildə vurğulaması, izah etməsi Gürcüstanın rəsmi dairələrinin vəziyyətin obyektiv, rasional qiymətləndirməsinə, qayğılarımızı anlamalarına yardımçı olacaq".

 

Ə.Nuriyev bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasının hüquqlarının qorunması, onların ehtiyaclarının real qiymətləndirilməsi və müvafiq addımların atılması, onları narahat edən problemlərin həllinə həssas yanaşması ilə diqqət çəkdi və bu məsələlərlə əlaqədar ən incə məqamlarla maraqlandı, maddi yardımlar göstərdi, tövsiyyələrini verdi, rəsmilərin diqqətinə çatdırdı: 

 

"Bir daha şahidi oldum ki, Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstanın dini və rəsmi dairələrində, soydaşlarımız arasında mənəvi nüfuzu yüksəkdir. Bu səfər zamanı müşahidələrim Gürcüstan siyasi rəhbərliyinin ölkəmizə münasibətinin bir sıra spesifik məqamlarını da aydınlaşdırmağa imkan verdi. Xüsusən Azərbaycan prezidenti, cənab İlham Əliyevə xüsusi münaisbətin, rəğbətin şahidi olduq. Hətta, bunu açıq ifadə etməkdən də çəkinmirlər, Şeyxülislam Allahşükür Paşazadə ilə müzakirələrdə Gürcüstan Baş nazirinin “Prezident Əliyev Qafqazın ən uzaqgörən siyasətçisidir” – deməsi də diplomatik jestdən çox, məhz bu rəğbətin təzahürü kimi qiymətləndirilə bilər." /hafta.az/

 

 

T.Haqverdi
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...