Aldadılaraq evi əlindən alınan yazıçı-jurnalist Prezidentdən kömək istədi

15:34 06-08-2022 | icon 466 | Cəmiyyət
Aldadılaraq evi əlindən alınan yazıçı-jurnalist Prezidentdən kömək istədi

Tamilla Əliyeva Prezidentin “problemlərinizi deyin” - çağırışına güvəndiyini deyir

 

Bakı şəhəri Salatın Əsgərova küçəsi 106 ünvanda 2 otaqlı, sahəsi 52 kv olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün hansısa işbazın günahı üzündən evsiz qalıb. Həmin evdə 4 nəsl yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq küçələrdə qalmağa məcbur edilib Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində Məhkəmələr bu ailənin haqqını tanıyıb. Lakin qoçu şirkət Məhkəmələrin ədalətli qərarını tanımaqdan imtina edir.

 

 

Versus.Az xəbər verir ki, bu barədə "Həftə-içi" qəzetinə şikayət ərizəsi ilə müraciət edən hazırda bu ahıl yaşında Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşmış Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyeva bütün dövlət hüquq mühafizə, məhkəmə orqanlarına edilən müraciətlərə baxmayaraq hələ də hansısa biznesmen tərəfindən pozulmuş hüquqlarını bərpa edə bilməyiblər. Buna görə də Əliyevlər ailəsi həm evlərinin əllərindən alınmasına görə, həm də ailə başçısı Əli Əliyevin sağlıq durumunun ağırlaşaraq yataq xəstəsi olması üzündən hədsiz üzüntü və həyacan içində yaşayırlar.  

 

Nəhayət, şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Əli Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Prezidentin “problemlərinizi deyin...” çağırışına güvənərək, dövlət başçısına üz tutduğunu deyib.

 

T.Əliyeva bildirib ki, yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və bu gün öz ata-baba yurdundan çıxarılmasına, haqqını bərpa edə bilməməsinə görə xəstəliyi daha da ağırlaşıb. T.Əliyeva belə bir ahıl yaşlarında öz dövlətində, hansısa şirkətin özbaşınalığı, qanunları şeynəməsi üçündən evsiz qalmalarını heç bir ağla sığdırmırlar, qəbul etmirlər.

 

T.Əliyeva bildirib ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini, deyərək sakinləri ərazidən köçürdüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov  aparıb.

 

2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv 2 otaqlı köhnə məzilin əvəzinə onlara təmirsiz 60 kv yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə hər ay Əliyevlərə 400 manat kirayə haqqı verəcəklərini müqavilədə qeyd ediblər.

 

Razılığa əsasən şirkət evi söküb.  Daha sonra MALOVO -nun rəhbərləri Əliyevlərə erdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və  ailəni mənzilsiz qoymağa çalışdılar.

 

T.Əliyeva deyir ki, 4 il müddətində şirkətlə məhkəmə çəkişmələri olub. Üstəlik şirkət ailəyə müvəqqəti narahatlığa görə heç bir kirayə haqqı ödəməyib. Əliyevlərin mənzillərini geri almaq idiası ilə baş vurduğu Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.  

 

T.Əliyeva bildirib ki, nəhayət mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq “Malibo” MMC-nin ofisinə üz tutublar. Onlar Şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət mənzillərinin onlara təhvil verilməsini istəyiblər.

 

“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən bizə nə mənzil, nə də kirayə haqqı verilməyəcəkdir. Məhkəmə qərarı onlar üçün əsas deyil, hara istəyirik şikayət edə bilərik”.

 

Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ökə başçısı İlham Əliyevdən kömək istəyir. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üzt tutublar.

 

“Cənab Prezident İlham Əliyev!

Xahiş edirik, bizi bu dələduzların əlindən qurtarın, haqqımızı qoruyun. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, şirkət rəhbərliyi Azərbaycanda Qanunları saymır, Qərarı icra etmir! Özlərini ölkədə Qanundan üstün tutan “MALİBO” MMC-nin vəzifəli şəxsləri barəsində tədbir görülməsində və bizim ailənin mənzillə təmin olunmasında və kirayə haqqı ödənilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.  SON ÜMİDİM SİZƏDİR!”-deyə, aldadılaraq evləri mənimsənilən Azərbaycan ailəsi son ümid yeri olaraq Prezidentdən kömək istəyiblər.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...