"Qaçqınkom"-da Laçın sakinləri ilə görüş keçirilib

17:07 15-08-2022 | icon 460 | Cəmiyyət
"Qaçqınkom"-da Laçın sakinləri ilə görüş keçirilib

İbrahim Mirzəyev: "Sakinlər doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər”

 

“---Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq!.. Mən artıq Dövlət “Qaçqınkom”a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq ...”

 

Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə dediyi bu fikirlər ölkə ictimaiyyəti, xüsusən də keçmiş məcburi köçkünlər üçün sevinc, fərəh hissi ilə qarşılansa da, Laçında işğal dövründə məskunlaşan ermənilərdə “içindən partlayış” effekti yaratdı.  Halbu ki, Azərbaycan dövləti işğalçı tərəfi revanşist əməllərini, fəaliyyətini bir kənara qoyub sülhə, birgə yaşayışa dəvət edir, ermənilər isə bu cür humanist yanaşmanı-düşmənçilik, terror, yanğınlar törətməklə qarşılayırlar. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi, postmüharibə dövründə bir sıra bərpa layihələri ilə birlikdə böyük qayıdış proqramının ardıcıllıqla davamı etməsi separatçıların təxribatları, törətdikləri dağıntılarla daha da ciddi və qətiyyətli şəkildə hədəfə doğru irəliləyir. Laçında müşahidə edilən faktlar  bir daha sübut edir ki, sonradan köçürdülüb Azərbaycanda yaşayan ermənilər nə Laçını, nə Kəlbəcəri, nə Xankəndini sevə bilməz, onları bu torpağı yandırmaqdan çəkindirməz... Çünki o torpaqlar erməniyə aid deyil... Bir sözlə, bu gün ermənilər nə qədər yalançı vay-şüvənlik etsələr də, aid olduqları yerə getməlidir, laçınlılar da öz yerlərinə-Vətənə...

 

Məlum olduğu kimi Prezident çıxışında laçınlıların öz yurdlarına qayıdışının təşkili ilə bağlı Qaçqınkom-a tapşırıq verib. Maraqlıdır, bu gün üzərinə gözəl bir işin məsuliyyəti, vəzifəsi qoyulan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçınla bağlı bu prosesdə hansı işlərə start verib?

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İbrahim Mirzəyev açıqlamasında bildirib ki, Dövlət başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin adıçıkilən yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.

 

İ.Mirzəyev bildirib kİ, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb.

 

İ.Mirzəyevin sözlərinə görə, Komitə sədri Rövşən Rzayev respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat-təşviqat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə sturuktur bölmələrinə tapşırıqlar verib.

 

“Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...