“Təmiz dünya”dan fərqli layihə: Kişilər zorakılığa qarşı
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci kiçik qrant müsabiqəsinin qalibi olub.
Təşkilatın müsabiqəyə təqdim etdiyi layihə orijinallığı ilə seçilib. Layihə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi tərəfindən Azərbaycan hökumətinə verilən tövsiyələrə istinadən hazırlanıb.
Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi cəmiyyətdə olan ağrılı problemlərlə daim diqqət yetirməklə yanaşı, dövlət tərəfindən qəbul edilmiş qərarlarının icrasına dəstək xarakterli layihələrin icrasına üstünlük verir.
Budəfəki ““Labirintdən çıxış 2” – kişilər zorakılığa qarşı!” adlandırılan layihənin məqsədi gender əsaslı zorakılıqla mübarizəyə gənc kişilərin cəlb edilərək təlimlənməsi və onların cəmiyyətə təqdimatıdır. Layihənin müddəti 2 aydır. Sentyabr ayında başlayacaq layihə çərçivəsində 15 gəncə ümumilikdə 14 günlük təlim keçiləcək.
Təlimin sonunda iştirakçı olan gənc kişilərin qadınlara qarşı zorakılığa son verilməsiylə bağlı videoçağırışları, yekun tədbir kimi isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüş nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bundan əvvəl “Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsini sona çatdırıb. Psixologiya ixtisası üzrə sonuncu kursda təhsil alan tələbələr layihəyə cəlb edilib. Layihə çərçivəsində uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanıb. Layihənin sonunda iştirakçılara sertifikat təqdim edilib. Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxəssislərlə bağlı məlumatlar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmət Agentliyinə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, həssas qruplarla işləyən QHT və ərazi üzrə İcra Hakimiyyətinə göndərilib.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"