Tanrı Azərbaycanımızı və Azərbaycansevərləri qorusun!

18:02 02-09-2022 | icon 583 | Cəmiyyət
Tanrı Azərbaycanımızı və Azərbaycansevərləri qorusun!

O, müdrikdir - işıqlı gələcəyə addım-addım yol açır

 

Biz Allahın sevdiyi xalqlardan biriyik, bizə ölkə yaratmağı, dövlət qurmağı nəsib edib, yeraltı və yerüstü sərvətlər, zəngin təbiət, misilsiz flora və fauna, dəniz, çaylar, istedadlı insanlar bəxş edib. Türkiyə cümhuriyyəti boyda dost verib, fəqət bütün bunlarla yanaşı bizə dostumuzdan çox daxili və xarici düşmən də yaradıb...

 
 
 
Bəli, o, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…
 
 
Müzəffərdir - Onun rəhbərliyi altında illərlə işğal edilmiş torpaqlarımızın böyük bir hissəsi düşməndən azad olunub və bu proses hələ də davam edir...
 
 
O, müdrikdir - işıqlı gələcəyə addım-addım yol açır...
 
 
O, mərhəmətlidir- əhv etməyi, bağışlamağı bacarır…
 
 
Qazilərə, köçkünlərə, hərbiçilərə, jurnalistlərə, yazarlara və s. təbəqələrin nümayəndələrinə ev verilir, üstəgəl avtomobil və maddi yardımlar- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib. Doğrudur, aranı qatan “sapı özümüzdən olan baltalar”- nankor, Buqələmun xislətli məmurlar da var. Onlar bu səxavəti kölgə altına salmağa çalışsalar da, hələ də öz gücündədir...
 
 
Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər, bərpa olunan binalar buna bariz nümunədir…
 
 
Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- “bilmir ki, bilmir”-lər baş aparır…
 
 
Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…
 
 
Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…
 
 
Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı ölkələrin hamısı bizə dost deyil, üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…
 
 
Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə “filfilo”yla deyil, zaman-zaman dirçəlir, inkişaf edir…
 
 
Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və ölkə rəhbəri!
 
 
Necə deyərlər, Allahın iradəsi olmasa, heç bir insan bu zirvəyə yüksələ və tab gətirə bilməz...
 
 
Tanrı Azərbaycanımızı və Azərbaycanı sevənləri qorusun!
 
 
Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...