“Zəfərnamə”: Qarabağ Zəfərinin virtual-kreativ tarixi

13:02 05-09-2022 | icon 373 | Cəmiyyət
“Zəfərnamə”: Qarabağ Zəfərinin virtual-kreativ tarixi

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində ikiaylıq “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihəsini həyata keçirməyə başlayıb.

 

İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, 1 sentyabr – 1 noyabr 2022-ci il tarixlərində gerçəkləşəcək fəaliyyətlər həm də Azərbaycanda elektron kitabxana və e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib və əsasən 3 məsələyə həsr olunub.

 

1) Qlobal İnformasiya Məkanında - İnternet resurslarında Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanması.

 

2) Şuşada keçirilən Zəfər tədbirləri zamanı da vurğulandığı kimi, möhtəşəm Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq, onun elektron daşıyıcılarda yaymaq, çağdaş Azərbaycançılıq ideologiyasının estetik-fəlsəfi tərəflərini hazırlamaqda yaradıcı şəxsləri dəstəkləmək mümkündür.

 

3) Kitabların məhdud tirajla nəşrini nəzərə alıb, yeni yaranan ədəbiyyat nümunələrinin 60 milyonluq Dünya Azərbaycanlılarının əlçatanlığı təmin etmək, milli söz sənətinin yayılmasına, ana dilimizin genişlənməsinə, gələcək nəsillərə çatdırılmasına çalışılacaq.

   

Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Ermənistanın işğalına qarşı başladığı 44 günlük anti-terror əməliyyatları genişləndirilərək II Qarabağ - Vətən Müharibəsinə çevrilən Möhtəşəm qələbələrdən ibarət Zəfər tarixinin dəyərli tərəflərini ədəbiyyat, e-kitab vasitəsi ilə  gənclərə və gələcək nəslə çatdımaq günümüzün vacib, eyni zamanda ən böyük motivasiyverici, ideoloji məsələlərindən biridir.

 

  1. Layihənin ideyası və qısa təsviri

 

Qarabağdakı Möhtəşəm Zəfərimiz - Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual hərbi-vətənpərvərlik fəaliyyətlərinin əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyalar təşkil edilməlidir. Son illərin pandemiya qadağaları, iqtisadi enişlər, dünya iqtisadiyyatının böhranı, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alacağı proqnozlaşdırılır. Üstəlik müharibə qələbəsini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. "Veytnam sindromu" ilə qarşılaşmamaq üçün müharibə iştirakçılarının cəmiyyətə adaptasiyası, vətəndaşlarla hərbiçilərin sıx münasibətlərinin gücləndirilməsi, qazilər, əlillər və yaralıların sosiallaşması, gənclər tərəfindən onlara ehtiram göstərilməsinə diqqət ayrılmalıdır. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni ünsiyyət alətləridir.

Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir. “”

 

  1. Layihənin məqsəd və vəzifələri

 

Unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda İnternet televerilişlərin hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək "Zəfərnamə" seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, silsilə TV verilişlər vasitəsilə gənclərin motivasiya edilməsi əsas məqsədlərdən sayılır.

Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə Vətənimizin sivil inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın, elmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında - rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. Zəfərnamə seriyasından olan e-kitablarımız "Smart Qarabağ", "Ağıllı rayon/şəhər/qəsəbə/kənd" proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirməkdir. Bu istiqamətlərdə müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün  qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər, eləcə də TV verilişlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdirərik.

 

  1. Görüləcək işlər

 

Zəfərlə bağlı yeni kitabların rəqəmsal variantlarının hazırlanması, milli ədəbiyyatımızı dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkili ilə estetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən 44 günlük Qarabağ Müharibəsinin möhtəşəmliyini - tarixi-mədəni-ədəbi  əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyasının reallaşdırmaq üçün aşağıdakı fəaliyyətləri reallaşdırmaq planlaşdırılır:

 

  • İlkin mərhələ: Fəaliyyətə cəlb ediləcək komanda üzvlərinin seçilməsi.
  1. Layihənin KİV və yeni mediada tanıtımı, elektron kitabxana bölümünün hazırlanması.

2) İkinci mərhələ: 1. Elektron nəşrlərin hazırlanması, yayımı, virtual sərgisi.

  1. Sosial şəbəkə resursunun hazırlanması.

3) Üçüncü mərhələ: İnternet televerilişlərin çəkilməsi, sosial şəbəkələrdə iş.

4) Tanıtım mərhələ: Təqdimatlar, tanıtımlar, yazılı və elektron KİV-də materialların verilməsi.

5) Yekun mərhələ: Hesabatların hazırlanması, verilməsi.

 

  1. Layihənin hədəf qrupu və faydalananlar:

 

Layihədə müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcəklər.

Real olaraq: Bakıda və bölgələrdə yaşayan, oxucular, İnternet istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, virtual ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər.

Virtual olaraq: İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri - xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b.

Real olaraq 200, virtual olaraq İnternet vasitəsi ilə və sosial şəbəkələrüstü istifadəçilərin sayı 10 000 nəfərə yaxın ola bilər.

 

  1. Layihənin həyata keçiriləcəyi coğrafi ərazi və onun seçilmə səbəbi

 

Azərbaycan, Bakı və İnternet və sosial şəbəkələr vasitəsi ilə  soydaşlarımız yaşayan dünya ölkələri. Ədəbiyyat qurumları, milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Elektron kitabxanalıar və e-nəşrlərlə bağlı mütəxəssislər əsasən paytaxtda fəaliyyət göstərir. Az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görə İnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək. 

 

  1. Layihənin icra müddəti, başlanma və bitmə tarixi

 

2 ay. 01 sentyabr 2022 – 01 noyabr 2022

 

  1. Layihənin icrası üçün tələb olunan büdcə

 

7000 (yeddi min) Azərbaycan manatı

 

  1. Layihənin tərəfdaşları haqqında məlumat

 

QHT-yə texniki-yaradıcı yardım edən qurumlar: Azərbaycan Yazıçılar Birliyi, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalı, saytlar, KİV orqanları.

 

  1. Gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və layihənin davamlılığı

 

- Qarabağ Zəfəri timsalında şağdaş tariximiz, söz sənətimiz, milli mədəniyyətimizi elektron kitablar vasitəsilə dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil ediləcək.

- Etetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən Qarabağ Qələbə tarixi hadisələrinin əhəmiyyətini qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.
- Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyası reallaşdırılacaq.
- Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər qrupu yaransın. 

- Modern kitabxanaçılıq, elektron kitabxana, kulturologiya, eləcə də elektron – rəqəmsal nəşr/yayım sahəsini inkişafına səbəb olacaq tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı kitablar, esselər, araşdırmalardan ibarət e-nəşrlər yayıma hazırlanacaq.
- Zəfərnamə silsiləsindən tariximizə, kultural sərvətilərimizə, müasir Azərbaycan ədəbiyyatına dair 20 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açöq istifadəyə veriləcək.

-  Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi.

- "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi - kreativ-innovativ tanıtımı mövzusunda 2 buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn veriliş çəkiləcək və yayımlanacaq.

- Feysbukda ayrıca "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi kreativ-innovativ tanıtım üçün virtual resurs yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.

- Sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq ki, bunlar da alternativ təhsil resursu kimi gənclərə kömək edəcək.
- Xüsusil analitik saytda layihənin təbliğinə həsr olunmuş ayrıca bölüm yaradılacaq və zənginləşdiriləcək.
- İnternet portallarında, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatlar gücləndiriləcək.

- Virtual və realtanıtım tədbirləri reallaşdılacaq.

- Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə təşkil olunacaq. 
- Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin Qarabağ və Zəfərnamə janrında yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq.

- Yeni İKT formatlarında  - vizual müzakirələr, teledebat janrında  ictimai-kreativ debatlar baş tutacaq.

- Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlacaq.

- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.

- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək.

- Gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.

- Ənənəvi - yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.

 

Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:


- Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək.

- “Zəfərnamə” sosial şəbəkə resursunda Qələbəmizin ədəbi salnaməsi mövzusunda müxtəlif materiallar paylaşılacaq.

- İnternetdə, elektron kitabxanada, sosial mediada Qarabağ və qıələbə  mövzusunda e-kitablar, rəqəmsal nəşrlər yazılacaq,  yayıma hazırlanacaq, eyni zamanda sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq TV verilişlərin davamı gözlənilir. 
- Müxtəlif mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq.
- www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.
- Böyük uğurlar qazandığı təqdirdə layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.

 

  1. Müraciət olunan sahə üzrə təcrübə və əməkdaşlıq edəcəyiniz qurumlar

 

İctimai Təşkilat olaraq 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların  təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub. 

Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb.

 Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana -  İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 6000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib.

 

Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır.


Vətəndaş cəmiyyəti təsisatı olaraq fəaliyyət istiqamətlərinə uyğun ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir,  hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır. 

 

  1. Layihənin monitorinqi, icrası zamanı yarana biləcək risklər və onların azaldılması yolları

 

Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik,  AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

 

Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Agentliyin mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitorinq üçün açıq olacaq.

 


Həyata keçirilən fəaliyyətlər zamanı risklər ola bilər, bu yaradılan resursların  dağıdılması,  və b. Buna görə də peşəkar xidmətlərindən istifadə olunacaq. Müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq. İdeoloji sahələrin inkişafı və istiqamətlərini ümumiləşdirə biləcək tədqiqatçıların azlığı. İnternet resurslarında işləyə biləcək mütəxəssislərin çatışmamazlığı problem ola bilər. Yeni - virtual oxu və  şəbəkəyazı vərdişlərinə hazırlıqsız, e-yayım şəbəkəsinin olmaması təsir edə bilər. Ənənəvi yazı mətnlərinə üstünlük verənlərin mühafizəkarlığı bloqerlərin və gənclərin ideoloji sahələrə həvəs göstərməmələri kimi risklərin qarşısının alınması üçün görüləcək tədbirlər layihə fəaliyyəti çərçivəsində xüsusi metodlar vasitəsi ilə hazırlanacaq. Belə  mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapılması, ortadakı problemlərin, mənfi təsirlərin nsbətən lokallaşdırılmasına, aradan qaldırılmasına çalışılacaq.

 

  1. Layihənin PR-ı

 

Təklif olunan layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm hərb sənəti, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

 

Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın və Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir: onun təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...