Rus dilində təhsil lazımdırmı? - Bəs məktəbli formaları?

15:40 05-09-2022 | icon 660 | Cəmiyyət
Rus dilində təhsil lazımdırmı? - Bəs məktəbli formaları?

Razi Nurullayev: "...Hələ də istədiyimiz təhsil keyfiyyətini əldə edə bilməmişik"

 

"Rus dilində təhsilə də ingilis, türk, fransız və ərəb dilində olan təhsil kimi yanaşıram. Ölkəmizdə ingilis dilində fəaliyyət göstərən onlarla məktəb var, fransız dilində lisey var, başqa dillərdə olan məktəblər də var. Tam ingilis dilində fəaliyyət göstərən ali məktəb ocaqları da var. Rus dilinə isə ictimai rəy çox qıcıqdır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
 
Deputat qeyd edib ki, bunun bir neçə səbəbi var:
 
 
"Birinci səbəbi rus dilində təhsil alanların yerli-yersiz rus dilində danışmalarıdır. Bahalı yerlərdə, elitanın olduğu yerlərdə əksəriyyət rus dilində danışır. Bəlkə də elitanın çoxu rus təhsillidir ona görə. Doğrudur, buna müsbət yanaşmıram. Öz dilimiz ola-ola niyə rus dilində danışaq? Dili isə mükəmməl bilək, oxuyaq, yazaq.
 
İkinci səbəbi, mənə görə Rusiyanın Qarabağın işğalında aldığı yer, 20 yanvar və Xocalı qırğınlarıdır. Sadə xalqda Rusiyaya və rus dilinə münasibət buna görə haqlı olaraq dəyişdi".
 
 
Razi Nurullayev bildirib ki, digər səbəb kimi rus dilini bilməyənlərin rus dilini bilənlərdən aldığı qisası göstərmək olar:
 
 
"Çünki, tarixən belə bir fikir formalaşıb ki, rus dilində oxuyanlar daha mədəni, daha savadlı və daha yüksək dünyagörüşünə malikdirlər. Elə buna görə də rusdilli gənclər öz dilimizdə təhsil alanlara "çuşka" deyirdilər. Dövr, zaman dəyişib, amma təəssüflər olsun ki, öz dilimizdə olan məktəblərdə hələ də istədiyimiz təhsil keyfiyyətini əldə edə bilməmişik.
 
Ümumilikdə isə, rus dilində təhsilə pis baxa bilmərəm. Arzumdur ki, ölkəmizdə dünyanın aparıcı dillərində təhsil verən onlarla yeni-yeni məktəblər açılsın".
 
 
 
Eyni zamanda bu gün məktəbli formaları ilə bağlı ictimaiyyəti narahat edən məsələlərə də toxunan deputatın fikrincə, məktəbli formasının olmasına ehtiyac yoxdur:
 
 
"Məktəbdə müəyyən çərçivələr daxilində hər kəsin əlçatan olduğu qiymətə geyimin alınması daha yaxşı olardı.
Eyni zamanda məktəbli geyimlərinin ayrı-ayrı özəl təhsil müəssisələri tərəfindən tətbiq olunması isə məqsədəuyğun ola bilər. Dünyada belə bir praktika var. Özəl və bahalı məktəblərdə valideynlərin formaları almağa imkanı çatır.
 
Lakin indiki dövrdə məktəbli formaları üzərindən biznes qurmaq, valideynləri çətinə salmaq qəbul edilən deyil. Ona görə də məktəbli forması tələbi ləğv olunsa, daha yaxşı olar. Məktəbli formasını ya özəl məktəblər öz hesabına, ya da valideynlərin hesabına təşkil edə bilər. Bir neçə dəfə bu məsələni araşdırmışam və bir çox ölkələrdə ümumi dövlət məktəblərində məktəbli forması tələbi yoxdur".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...