İranın “Bəhai təhlükəsi” və ya vətənsevərlər üçün cəhənnəm rejimi

11:13 06-09-2022 | icon 831 | Cəmiyyət
İranın “Bəhai təhlükəsi” və ya vətənsevərlər üçün cəhənnəm rejimi

 

 

AZƏR CƏFƏROV
/Bəhai Dini İcmasının İctimai Əlaqələr ofisinin kordinatoru,
BDU-nun dosenti, fəlsəfə doktoru/

 

Təsəvvür edin ki, dini əqidənizə görə sizə dövlət idarələrində və müəssisələrində işləməyə icazə vermirlər, Ali təhsil almaqdan və təqaüddən məhrumsunuz, torpaq üzərində mülkiyyət hüququnuz yoxdur, banklar sizə hesab açmır və kredit almaq istəyiniz rədd edilir, uşaqlarınız “murdar” olduqlarına görə məktəbdə öz yaşıdlarından kənarda oturdulur, hər an “İsrail cəsusu” kimi həbs olunmaq, döyülmək, və evinizin uçurdulması təhlükəsi altındasınız. Bu az imiş ölkə mətbuatında inancınıza elə üfunətli iftralar yaxılır ki, dillə təsvir etmək mümkün deyil. Dərsliklərdə və “akademik nəşrlərdə” “elmi sübutlarla” və “dini dəlillərlə” inancınızın “İslama zidd”, uydurma, saxta və xarici dövlətlərin “layihəsi” olması “sübuta yetirilir”. Belə bir ölkənin vətəndaşı olub, üzücü mühitində zülm altında illərcə necə yaşamaq olar? Bu əsl cəhənnəm əzabına necə dözmək olar?

 

Əlbəttə dözməyənlər oldu: 1983-cü ildə Şiraz stadionunda 10 bəhai qadın eyni vaxtda dar ağacından asılandan və daha 200 bəhai qətlə yetirildikdən sonra 10 minlərlə bəhai İranı tərk etdi. Lakin ölkədən çıxmaq imkanı olmayan 350 min bəhai (bəzi mənbələrə görə 500 min) öz acı taleləri ilə barışmalı oldular. Artıq 43 ildir bu zülm nəinki azalmaq bilmir, əksinə ildən –ilə daha da şiddətlənməkdədir. 2022-ci ilin iyun-avqust aylarında biz bu şiddətin kulminasiyasını gördük. Bütün ölkə boyu, şəhər və kəndlərdə kütləvi şəkildə həbslərin, döyülmələrin, talanların və evlərin uçurdulmasının şahidi olduq.

 

Acınacaqlısı odur ki, dogma vətənində yaşayasan, özünü xalqın bir hissəsi hesab edəsən, səni əhatə edən insanları sevib və yaşadığın cəmiyyətin tərəqqisi naminə təmənnasız nəsə etmək arzusunda olasan, amma bu istəyin müqabilində ölkənin hüquqsuz vətəndaşına çevriləsən, söyüləsən, döyüləsən və “düşmən” sayılasan.  Bu doğrudan çox üzücüdür.

 

Nə üçün İran İslam Respublikasında bəhailər bu qədər zülmə məruz qalırlar? Doğrudanmı “bəhai ideologiyası” rejimin siyasi əsasları və İslam üçün təhlükədir?

 

Məqsədim bəhailərin İslama qarşı olmadığını oxuculara inandırmaq deyildir. Buna ehtiyac da yoxdur. Çünki bəhailərin dinindən (hətta dinsizliyindən), irqindən və etnik mənsubiyyətdən asılı olamayaraq bütün insanalara qarşı tolerantlığı və multikultural dəyərlərin qızğın tərəfdarı olması hamının təsdiq etdiyi həqiqətdir. Məqsədim “Bəhailər kimdir və məqsədləri nədir?” sualına cavab verib və bu əqidənin İranın teokratik rejimi üçün “təhlikəsinin səviyyəsini” göstərməkdir. Real təhlükənin olub-olmadığını isə insaflı oxucu özü müəyyən etməlidir.

 

Əbdül-Bəha “Bəhai kimdir?” sualını belə cavablandırmışdır:

 

"Bəhai olmaq – bütün dünyanı sevmək deməkdir; bəşəriyyəti sevmək və ona xidmət etmək, Ümumdünya Sülhü və Qardaşlığı naminə çalışmaq deməkdir".

 

 “Bəhailərin məqsədi nədir?” sualına isə Onun cavabı isə belə olmuşdur:

 

Bəhailərin məqsədi bütün dünyada Böyük Sülh bayrağını ucaltmaq, bütün bölgələrdə müharibə və münaqişənin əsaslarını aradan qaldırmaq, müxtəlif millətləri və xalqları Allahın Çadırı altında bir araya gətirmək və irqi, milli, dini, məzhəb və ya siyasi təəssübkeşlikləri Yer üzündə ortadan qaldırmaqdır ki, bütün ölkələr bir ölkə, bütün irqlər bir irq, bütün millətlər bir millət olsun.

 

Bəhaullah 160 il əvvəl “Dünya bir Vətəndir, bütün insanlar onun vətəndaşıdır” ideyasını irəli sürəndə Bəşəriyyət hələ I və II dünya müharibələrini yaşamamışdı, dünyanı Qloballaşmaya  aparan proseslər cücərtilər şəkilində idi. Ona görə də “Bəşəriyyətin Birliyi”, “Kollektiv təhlükəsizlik və Böyük Sülh”, “Sərhədsiz Dünya”, “dini, etnik, siyası, irqi təəssübkeşliklərdən imtina” ideyaları insanlara utopik və mümkünsüz  görünürdü.

Müasir dövrdə təkcə bəhailər deyil, dünyanın hər yerində müxtəlif dindən, irqdən və millətdən olan inanclı və inancsız milyonlarla insan, siyasi xadim, filosof, yazar, sənət adamı bu ideyaların qızğın tərəfdarı və carçısıdırlar. XX əsrin Bəşəriyyətə töhfəsi odur ki, o, dünya xalqlarını özlərini vahid insan nəslinin üzvləri kimi görməyə və Yer kürəsinin bütün insanların Ümumi Evi olduğunu anlamağa məcbur etdi. Yer kürəsinin Ümumi Vətən olması indi artıq əlçatmaz görünmür.

 

Bəhailər Vahid dünya Sivilisasiyanın yaradılmasını fərd, təssisat (qanunverici və idarəetmə) və cəmiyyət arasında münasibətlərdə qlobal, regional (milli) və yerli səviyyələrdə əsaslı dəyişiklilərin edilməsində, yeni qlobal təhsil sisteminin qurulmasında, vahid valyuta, əlifba, yazı, ölçü və çəki sistemlərinin yaradılmasında, gender bərabərliyinin təmin edilməsində, Dünya Konstitutsiyasının və Dünya Vətəndaşlığının təsis edilməsində və digər ideyaların dünya miqyasında tətbiqində görürlər. İnsan Sivilizasiyanın sürətli elmi-texniki, sosial-iqtisadi və mənəvi inkişafı Qlobal İslahatların həyata keçirilməsi ilə yanaşı millətlərin, irqlərin və dinlərin kollektiv birgə yaşayış sistemində mənəvi və ruhani dayaqların möhkəmləndirilməsini, yüz illər ərzində toplanmış və konserviləşmiş xurafatlardan imtina edilməsini tələb edir.

 

Bəhailər bu ideyaların həyatiliyinə və zərurliliyinə inanır, işıqlı, ədalətli və gözəl gələcək naminə Bəşəriyyətə və öz ölkələrinə gündəlik əməkləri ilə töhvə verməyə çalışırlar. Bu inancın sahibləri siyasətə qoşulmur, yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşır, bütün hallarda dözümlülük və itaətkarlıq nümayiş etdirir, təhdid və təzyiqlərə hüquqi müstəvidə cavab verməyə çaslışırlar.

 

Bəhailər inanır ki, qanun və teoloji əsaslarda fərqlərə baxmayaraq, dinlər və dini məzhəblər arasında mövcud ayrılma və yadlaşmanın aradan götürmək, Bir Ümumi Din konsepsiyası əsasında onların əməkdaşlıq və birliyin yaratmaq mümkündür. Əbdül-Bəha yazır:

 

Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”.

 

Bəhailər elm və təhsili tərəqqinin və maddi rifahın hərəkətəgətirici qüvvəsi sayır, ali təhsil almağa, müxtəlif elm və sənətlərə yiyələnməyə çalışırlar. İran İslam Respublikasında Ali təhsil müəssisələri bəhai gənclərinin üzünə bağlı olduğuna görə icma tərəfindən yaradılmış distan təhsil şəbəkəsi (BIHE) İranın Kəşfiyyat Nazirliyi tərəfindən 2015-ci ildə aşkar edilirək dağıdılmış, təşkilatçılar və müəllimlər isə həbs edilmişdir. Bununla belə bəhai gənclər müxtəlif yollarla təhsil əldə etməyə və savadlı olmağa çalışırlar. İnanırlar ki, nə vaxtsa vəziyyət dəyişəcək və vətənlərinin inkişafından ötrü onların savad və qabliyyətlərinə ehtiyac olacaq.

 

Hər bir insan əvəzsiz sərvətdir. Mənəviyyatlı, dürüst, savadlı, öz xalqına və vətəninə sədaqətli insan iki qat sərvətdir. Əgər bu ruhda olan insanlar birləşib, öz ölkələrinin tərəqqisindən, insanlarının maddi və mənəvi rifahandan ötrü öz imkanlarını təmannasız şəkildə ortaya qoymaq istəyirlərsə, rasional məntiq deyir ki, onlar təhdid və təqib olunmamalıdırlar. Əksinə onlara öz niyyətlərini həyata keçirməkdən ötrü imkanlar yaradılmalıdır. Düşünürəm ki, İran höküməti ölkə daxilində “bəhai təhlükəsi” ilə mübarizəni kənar qoyub, bəhailərin məqsəd və məramlarını dinləməli və onların hüquqlarını tanımalı, onların öz vətənlərindən ötrü çalışmalarından ötrü imkanlar yaratmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...