Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür...-Açıqlama

14:02 08-09-2022 | icon 763 | KİV
Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür...-Açıqlama

 

Bu tarixi gün 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Tarix seçimində əsas kimi faciəli hadisələr götürülüb. 1943-cü ilin sentyabrın 8-də Almaniyada çex jurnalisti, yazıçı, ədəbi və teatr tənqidçisi, antifaşist Yulius Fuçik qətlə yetirilib. O cavanlığından siyasətlə maraqlanmağa başlayıb, 1921-ci ildə Çexiyada Kommunist Partiyasının yaradıcılarından biri olub.

1941-ci ildə Fuçik Kommunist Partiyasının ikinci mərkəzi gizli idarə heyətinin üzvü idi. 1942-ci ildə onu altı digər azadlıq hərəkatının üzvləri ilə birlikdə həbs ediblər. Yulius Fuçik dünyada “Boğazı ilgəkli reportaj” adlı kitabı ilə tanınıb, əsər Praqa həbsxanasında yazılıb. Ölümündən sonra onun kitabı dünyanın 70 dilinə tərcümə edilib, 1958-ci ildən isə Yulius Fuçikin vəfat etdiyi gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd edilməyə başlayıb.

XX əsrin sonunda BMT-nin növbəti konfransında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü elan edilib. Beləliklə, bu adi peşə bayramı deyil, həm də bütün jurnalistlərin öz birliyini, həmrəyliyini duyduğu gündür.

Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər.

 

Bəs Azərbaycanda necə, jurnalistlər həmrəydirlərmi?

 

Versus.az “Xalq Cəbhəsi”-nin jurnalistlərdən aldığı açıqlamaları təqdim edir.

 

"Həftə içi" qəzeti, Versus.az saytının redaktoru Tahirə Qafarlı:

 

-Dünya jurnalistlərinin həmrəyliyinə, birgə, qarşılıqlı əməkdaşlıq müstəvisində fəaliyyət göstərməsinə çox böyük ehtiyac var. Qloballaşan, yenidən qütbləşən və yeni qütblərə hakimlik iddiasında olan böyük güclərin dünya sistemində yaratdığı kataklizmlər, müharibələr, insan hüquq və azadlıqlarının pozulması, insanlığa, bəşəriyyətə qarşı vandal davranışlarla bağlı informasiyaların düzgün araşdırılıb dünya ictimaiyyətinə çatdırılması mövcud reallığın ən mühüm tələbidir.

Beynəlxalq hüququn prinsiplərinin elə beynəlxalq təşkilatlar tərəfindən pozulduğu, beynəlxalq hüququn işləmədiyi halları bir fakt olaraq təhlil olunur və çıxış yolları axtarılır.

Beynəlxalq hüququn işləmədiyi, daha çox qanunların güclünün yanında olduğunu bir bir dövlət, xalq olaraq təkcə son 30 il müddətində torpaqlarımızın Ermənistan tərəfindən işğalı, Azərbaycada ermənilərin törətdiyi Xocalı, Ağdaban soyqırımı, qətliamaları, bu gün də işğaldan azad olunan ərazilərimizdə torpaqlarımızda ermənilərin törətdiyi yanğınlar, vəhşilik, milli-mənəvi abidələrimizin məhv edilməsi, milyondan çox insanlarımızın öz tarixi torpaqlarından qovulması, üstəlik öz vətənində köçkün kimi yaşamağa məcbur qalmasının 30 il müddətində dünya tərəfindən sakit qarşılanması da məhz beynəlxalq jurnalsit – media həmrəyliyinin lazımi səviyyədə olmaması, bir çox hallarda media – jurnalist azadlığının siyasətin əsirinə çevrilməklə informasiya ötürücülüyünü düzgün icra edə bilməməsi ilə bağlıdır.

 

Təkcə 44 günlük müharibədə jurnalistlərin baş verən proseslərdə göstərdiyi həmrəylik və informasiyanın əsas bazadan alaraq dünyaya çatdırması haqq işimizdə hansı müsbət nəticələrlə nəticələndiyini hər birimiz - Azərbaycan mediası-jurmalistləri ilə həmrəylik nümayiş etdirən dünya jurnalsitləri də aydın şəkildə gördü...

Lakin biz həmin ərəfədə azad və ədalətli jurnalistlərlə yanaşı, öz dövlətinin siyasətini təbliğ edən jurnalistləri də gördük...

Dünyanın yeni reallıqlarında jurnalistlərin üzərinə çox böyük bir məsuliyyətin düşdüyünü Azərbaycan ictimaiyyətinin geosiyasi, geoiqtisadi, geostrateji müstəvidə qarşılaşdığı gərgin situasiyalarda hər kəs aydın şəkildə görə bilir.

 

Jurnalistlərin həmrəyliyi və qarşılıqlı şəraitdə, heç bir siyasi mənafeləri deyil, haqqın, ədalətin yanında olaraq informasiyanı düzgün ötürməsi çox çirkabların üzə çıxmasına və bu müstəvidə ictimai fikrin formalaşması ilə problemləlrin həlli yollarını tapa bilir.

Məlum olduğu kimi senyabrın 8-də jurnalsitlərin Beynəlxalq Həmrəylik günü kimi qeyd olunması da təsadüfi olaraq ortaya çıxmayıb. Jurnalistlərin həmrəyliyi sayəsində dünyanın öz nizamını düzgün məcrada tapa biləcəyi əbəs yerə deyilmir. Yetər ki, jurnalsit öz ədalət hissini itirməsin və imperialist siyasətin qurbanına çevrilməsin, hansısa marginal maraqlara xidmət etməsin, hansısa tapşırıqlar əsasında həqiqəti yalan, yalanı həqiqət kimi təqdim etməsin. Bu mənada əsl jurnalistlərin – dinindən, irqindən, milliyyətindən asılı olmayaraq məhz ədalət, şəffaflıq naminə həmrəyliyinə ehtiyac var.

 

Bu gün mətbuat-Jurnalsitikanın fəaliyyət sistemində yaranan boşluqlar, jurnalist fəaliyyətinin hansısa qruplar, şəxslər vasitəsi ilə aşağılanması, jurnalsitin öz missiyasından kənara çıxaraq “reketçı”, “şantajçı”, “yalanşı”, “maşa” rolunda çıxış etməsi halları var və bu da medianın nüfuzunu aşağı salan, ona inamsızlıq yaradan çox arzuolunmaz amillərdir. Məhz jurnalsitlərin həmrəyliyi, həm də bu prosesin beynəlxalq əməkdaşlıq müstəvisində qurulması, bütün hallarda neqativlərin aradan qaldırılmasına xidmət edə bilər və ən əsası da dünya düzəninin kimlərinsə əlində alət olmasına maniə yarada bilər.

Bu həmrəylik, birgə əməkdaşlıq müstəvisində fəaliyyət, bu gün Azərbaycana hamıdan çox lazımdır. Çünki beynəlxalq aləmin bizim məsələlərimizə ikilisatandartlı yanaşmaları var və məhz bu standartları aradan qaldırmaq üçün Beynəlxalq Jurnalitləri həmrəyliyə, ədalətli olmağa çağırmalı, əməkdaşlıq qurmalıyıq.

 

Əsas məqsədə çatmaq ideyası ilə Beynəlxalq Jurnalsitlərin Həmrəylik Günü mübarək!”

 

 

Yeni Media Qrupun rəhbəri Mübariz Göyüşlü:

“Sözün dəyərini bilən, doğru xəbəri çatdırmağa çalışan, peşəsinə, özünə hörmət edən, jurnalistikanın verdiyi imkanlardan doğru istiqamətdə istifadə edən bütün jurnalistləri beynəlxalq həmrəylik günü münasibətilə təbrik edirəm. Narahat, gərgin dünyamızda jurnalistlərin həmrəylik göstərməsinə çox böyük ehtiyac var. Jurnalistika hazırda ən çətin peşələrdən sayılır. Media fəaliyyəti göstərən şəxsləri, doğru və dəqiq xəbəri vaxtında çatdırmaq, inasanları məlumatlandırmaq üçün hər cür çətin şəraitlə qarşılaşan jurnalistləri həm cəmiyyət, həm də öz həmkarları qorumağa çalışmalıdır. Bunun yolu isə həmrəylikdən keçir. Beynəlxaq jurnalis təşkilatı tərəfindən təsis edilən, BMT tərəfindən də dəstəklənən belə bir günün qeyd olunması medianın önəmini, jurnalistlərə olan diqqətin göstəricisidir. İl ərzində dünyada nə qədər jurnalist öldürülür, həbs edilir, zorakılığa, təhdidə məruz qalır. Beynəlxalq aləm bu üsulla da medianı, jurnalistləri qorumağa, ildə bir dəfə də olsa onlara diqqət ayırmağa çalışır. Belə bir günün mövcudluğunu təöqdir edirəm. İldə bir dəfə jurnalistləri həmrəy olmağa, bir-birini dəstəkləməyə, medianın problemlərini müzakirə edib çıxış yolları tapmağa çağırıram”.

 

“Kaspi” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli:

“Hansısa araşdırma, xəbər və ya reportaj zamanı jurnalistin ilk dəstək gözlədiyi şəxs öz həmkarı olur. Ekstremal şəraitlərdə dünyadakı jurnalistlərin bir-birinə dəstəyi heç şübhəsizdir. Azərbaycanda da jurnalist həmrəyliyi var. Düzdür, 90-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində Azərbaycan media cameəsi daha sıx bir-birinə bağlı idi. Təbii ki, bu bir sıra hallarda siyasi proseslərlə bağlı olsa da, amma bir çox zamanlarda söz azadlığı ilə əlaqəli olurdu. 1998-ci ildə senzuranın Azərbaycanda ləğvi o dövrün kütləvi informasiya vasitələri üçün demokratik açılım oldu. Heç şübhəsiz ki, buna nail olunmasında jurnalist həmrəyliyinin rolu oldu. Əlavə olaraq qeyd edim ki, müstəqillik qazandıqdan sonra jurnalistlərin təşkilatlanması üçün ayrı-ayrı ictimai təşkilatlar yaradıldı. Nəticədə isə, bu təşkilatlar və kütləvi informasiya vasitələri beynəlxalq təcrübəyə əsaslanaraq Mətbuat Şurasının yaradılmasına nail oldular. Bütün bunlar isə Azərbaycan jurnalistlərinin informasiya çatımlığında mühüm rol oynadı. Amma bütün bunlar medianın iqtisadi vəziyyətinə müsbət təsir göstərmədi, jurnalistlərin sosial problemlərini həll etmədi. Maraqlıdır ki, şəraitsiz redaksiyalarda, sınıq-salxaq komputerlərlə çalışan jurnalistlər arasında daha çox həmrəylik müşahidə edilirdi, nəinki indi. Düzdür, sosial şəbəkələrdə bəzi insanlar “jurnalist” adı altında peşəkarlıqdan uzaq hərəkətlərə yol verir və hər vəchlə buna dəstək almağa çalışır. Bu artıq jurnalist peşəsinə xəyanətdir, qəbulolunmazdır. Amma ciddi və haqlı müzakirələr zamanı jurnalist həmrəyliyi bir daha özünü göstərir. Buna misal olaraq, jurnalistlər üçün tikilmiş, lakin istifadə verilməmiş, hətta deyərdim taleyi məlum olmayan bina ilə bağlı ölkə jurnalistlərin bir yumruq kimi birləşməsini göstərmək olar. Əslində bu mövqe ölkə rəhbərliyinə güvən idi. Azərbaycanda heç vaxt jurnalist həmrəyliyi dövlətə qarşı olmayıb və bunu hər kəs gözəl bilir”.

 

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB