"İblisin kitabı" - QORXULU SERİAL


"Red Fox" studiyasının istehsal etdiyi və Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı "İblisin kitabı" təqdim olunacaq.
Versus.Az xəbər verir ki, üç bölümdən ibarət ekranın işinin hər serialında tamaşaçılara yeni hekayə göstəriləcək.
"İblisin kitabı"nın ilk bölümü 13 avqustda YouTube platformasında – "Red Fox" kanalında yayımlanacaq.
Qeyd edək ki, serialın rejissoru Səid Qurbanovdur. Köməkçi rejissor Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.
Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

"Rezanın daxili Odisseyası” adlı fotosərgi sentyabrın 15-nə dək uzadıldı
Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib