Şimali Koreyadan yeni qanun

10:32 09-09-2022 | icon 469 | Dünya
Şimali Koreyadan yeni qanun

Ölkəyə atılan istənilən raketə nüvə silahı ilə cavab verilsin

 

Koreya Xalq Demokratik Respublikası (KXDR) qanunvericilik səviyyəsində özünü nüvə dövləti elan edib. Belə ki, Şimali Koreyanın 14-cü Ali Xalq Assambleyasının sessiyasında rəsmi olaraq “Nüvə silahı ilə bağlı siyasət” adlı fərman qəbul edilib.

 

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

 

Qanuna əsasən, ölkə ona oxşar silahlardan və ya digər kütləvi qırğın silahlarından istifadə etməklə hücum ediləcəyi, eləcə də bu cür hücumun qaçılmaz təhlükəsi olduğu halda nüvə zərbəsi ilə cavab verəcək.

 

“Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq dərhal nüvə zərbəsi endiriləcək”, - deyə mətndə bildirilir.

 

Sənəd 11 bənddən ibarətdir. Onlar nüvə silahının təyinatı, nüvə qüvvələrinin tərkibi, onlara komandanlıq və nəzarət haqqında müddəaları ehtiva edir. Bundan əlavə, qaydalar nüvə silahının istifadəsi ilə bağlı qərarların icrası məsələlərini tənzimləyir. Fərmanda onun tətbiqinin, səfərbər edilməsinin, təhlükəsiz saxlanması və mühafizəsinin, kütləvi gücləndirilməsinin, yenilənməsinin və s. prinsip və şərtləri açıqlanıb.

 

KXDR lideri Kim Çen In Şimali Koreya parlamentinin iclasında çıxışı zamanı bildirib ki, ölkənin nüvə statusu indi geriyədönməzdir və ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır.

 

Respublika başçısı əlavə edib ki, Şimali Koreya ölkənin müdafiəsini sarsıtmağa və hökumətini devirməyə çalışan ABŞ-a görə heç vaxt nüvə silahından imtina etməyəcək.

 

Qeyd edək ki, BMT və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Şimali Koreyanın 2017-ci ildən bəri ilk dəfə olaraq nüvə sınağını keçirməyə hazırlaşmasından ehtiyat edir. Bunu ölkənin şimalındakı “Pungeri” yeraltı sınaq poliqonunda son aylarda qeydə alınan aktivlik göstərir. Peyk görüntülərindən aydın olur ki, 2018-ci ildə ABŞ ilə nüvəsizləşdirmə danışıqları zamanı sökülən tunellər təmir edilir və strukturlar yenidən qurulur. Onu da xatırladaq ki, KXDR 2006-2017-ci illərdə “Pungeri” poliqonunda altı nüvə sınağı həyata keçirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI