Qastritin səbəbləri və fəsadları – HƏKİM MƏSLƏHƏTİ

12:00 10-09-2022 | icon 546 | Sağlamlıq
Qastritin səbəbləri və fəsadları – HƏKİM MƏSLƏHƏTİ

Nərminə Abbasova: “Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır”

 

“Mədənin selikli qişasının iltihabi prosesi ilə xarakterizə olunan Qastrit xəstəliyini kəskin və xroniki formalara ayırırlar. Uşaqlarda qastrit ən çox orqanizmin intensiv böyüməsi (5-6, 9-12 yaş) dövründə yaranır”.

 

Bu sözləri Versus.Az-a qastrit xəstəliyinin yaranma səbəbləri və fəsadlarından danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, ailə həkimimiz, terapevt NƏRMİNƏ ABBASOVA bildirib.

 

Qastritin növlərindən bəhs edən həkim-terapevt səthi qastriti (yalnız selikli qişa iltihablanır), eroziv qastriti (qişanın eroziv zədələnməsi), atrofik qastriti (mədənin selikli qişasının kiçilməsi), fleqmonoz qastriti (mədə xorasının və ya xərçənginin ağırlaşması, iltihabi prosesə mədənin bütün qatları məruz qalır) önə çəkdi.

 

Nərminə xanım qastrit xəstəliyinin mədə divarının daxili qişasının iltihablanması nəticəsində yarandığını vurğuladı. Onun sözlərinə görə, kəskin qastritin yaranma səbəbləri toksik qida infeksiyaları, həddindən artıq qida qəbulu, həddindən artıq alkoqol qəbulu, siqaret, dərman preparatları ilə selikli qişanın qıcıqlandırılması, qida allergiyası, stresslər, həddindən artıq yorulma, xroniki yuxu çatışmazlığıdır:

 

 

“Xroniki qastritin səbəbləri isə kəskin qastritin lazımi şəkildə müalicə olunmaması, qidalanma rejimində uzunmüddətli pozuntular, tez-tez acı və sərt qida qəbulu, qidanın yaxşı çeynənilməməsi, irsi meyillikdir.

Qastrit xəstəliyi üçün xarakterik olan simptomlara gəlincə, bunlar qida qəbulu zamanı qarının yuxarı hissəsində yaranan və ya yoxa çıxan güclü ağrılar, gəyirmə, ürəkbulanma, qusma, meteorizm, sürətli çəki itkisidir. Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır”.

 

Nərminə xanım deyir ki, qastritin müalicə üsulunu müəyyən etmək üçün xəstə mədənin ultrasəs müayinəsi, ezofaqoqastroduodenoskopiya, mədənin selikli qişasının biopsiyası, mədə sekresiyasının müayinəsi, klinik qan analizi və qarın boşluğunun rentgenoqrafiyasından keçməlidir.

 

Qastritin təhlükəsindən danışan terapevt qeyd etdi ki, qastritin ağırlaşmasının müalicəsinə vaxtında başlanılmasa, bu, xəstəliyin xroniki formasının inkişafına və digər ağırlaşmalara gətirib çıxaracaq. Məsələn, mədə qanaxmaları, mədə xorası yaranacaq. Xroniki qastrit öz növbəsində, mədə xərçənginə gətirib çıxarır.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova qastrit xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI