Çempionlar Liqasında növbəti tur

10:39 13-09-2022 | icon 328 | İdman
Çempionlar Liqasında növbəti tur

Levandovski sabiq klubuna qarşı - AFİŞA

 

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək. 

 

İlk oyun günündə 8 qarşılaşma keçiriləcək.

 

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın, Şotlandiya “Reyncers”i İtaliyada “Napoli”nin qonağı olacaq.

 

B qrupunda “Portu” Portuqaliyada Belçika “Brügge”sini, “Bayer” Almaniyada İspaniyanın “Atletiko” (Madrid) komandasını qəbul edəcək.

 

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda olacaq. Qrup mərhələsinə qələbə ilə start verən Almaniya “Bavariya”sı ilə İspaniya “Barselona”sı Münhendə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparacaq. Bu qrupun digər oyununda Plzen “Viktoriya”sı Çexiyada İtaliya “İnter”ini sınağa çəkəcək.

 

D qrupunda İngiltərə “Tottenhem”i Portuqaliyada “Sportinq”lə, Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu isə Fransada “Marsel”lə qarşılaşacaq.

 

Çempionlar Liqası

 

Qrup mərhələsi, II tur

13 sentyabr

 

A qrupu

23:00. “Liverpul” (İngiltərə) – “Ayaks” (Niderland)

23:00. “Reyncers” (Şotlandiya) - “Napoli” (İtaliya)

Xal durumu: “Ayaks” - 3. “Napoli” - 3. “Liverpul” - 0. “Reyncers” - 0.

 

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Brügge” (Belçika)

23:00. “Bayer” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

Xal durumu: “Atletiko” - 3. “Brügge” - 3. “Portu” - 0. “Bayer” - 0.

 

C qrupu

20:45. “Viktoriya” (Plzen, Çexiya) – “İnter” (İtaliya)

23:00. “Bavariya” (Almaniya) – “Barselona” (İspaniya)

Xal durumu: “Barselona” - 3. “Bavariya” - 3. “İnter” - 0. “Viktoriya” - 0.

 

D qrupu

20:45. “Sportinq” (Portuqaliya) – “Tottenhem” (İngiltərə)

23:00. “Marsel” (Fransa) – “Ayntraxt” (Frankurt, Almaniya)

Xal durumu: “Sportinq” - 3. “Tottenhem” - 3. “Marsel” - 0. “Ayntraxt” - 0.

 

Qeyd edək ki, II turun digər matçları sentyabrın 14-də olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

44 günlük müharibədə olduğu kimi...

Dünya Qadın Seriyası

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ