Azərbaycan ictimayətini, xaricdə yaşayan soydaşlarımıza MÜRACİƏT

08:48 14-09-2022 | icon 285 | Siyasət
Azərbaycan ictimayətini, xaricdə yaşayan soydaşlarımıza MÜRACİƏT

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyəti sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"12 sentyabr 2022-ci ildə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Azərbaycan ordusunun Ermənistanın təxribatla cavab verməsi ilk dəfə deyil. Ermənistan yenədə müxtəlif bəhanələrlə üçtərəfli bəyanatı və Brüsseldə əldə edilmiş razılıqlara zidd addımlar atırlar. Bununla belə, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmasını uzadaraq, sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirlər. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq gördüyü əks-tədbirlər lokal xarakter daşıyıb və hərbi hədəflərə qarşı yönəlib.

 

ALDP bəyan edir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

ALDP bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyulmasını tələb edirik.

 

ALDP Azərbaycan ictimayətini, xaricdə yaşayan soydaşlarımıza müraciət edərək, Ali Baş Kamandanın və Azərbaycan ordusunun yanında olmasına və dəstək etməsinə çağırır.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Allah əsgərlərimizi qorusun!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

“Laçın şəhərində lazımi mesajlar verildi”

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

"Heç kəsin daxili işinə qarışmırıq və digər dövlətlərdən də bunu tələb edirik"

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

“Xarıbülbül” model agentliyi uşaqları dünyaya çıxarır

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

Bu dəfə Çelik gəlir