“Jurnalistlərimiz erməni xəbərlərini kopyalamasın"
Aydın Quliyev: “Düşmən mediasını izləyən media mənsublarımız özlərini təkcə bir jurnalist kimi aparmamalıdırlar"
Ermənistan hərbi təxribatları ilə yanaşı, Azərbaycana qarşı informsiya savaşını da davam edir. Belə bir şəraitdə Azərbaycan mediası, jurnalistlər xarici informasiyalara, xüsusən də Ermənistandan gələn xəbərlərə necə yanaşmalıdır?
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Mətbuat Şurasının üzvü, “Bakı Xəbər” qəzetinin başz redaktoru Aydın Quliyev mətbuatı ayıq-sayıq olmağa çağırıb. Onun sözlərinə görə, müharibə bitsə də, informaiya müharibəsi bitməyəcək və ona görə də jurnalistlərimiz diqqətli olmalıdırlar.
A.Quliyev hesab edir ki, bu gün operativ informasiya ötürmək yarışında önə çıxmaq kimi dəyəri olmayan məqsəd naminə Azərbaycanın dövlət mənafelərini sual altına qoymaq olmaz. Onun fikrincə, bu gün düşmən mətbuatına istinad etmək olar. Amma düşmən mətbuatına bir etalon kimi də yanaşmaq olmaz.
“Düşmən mediasını izləyən Azərbaycan media mənsubları özlərini təkcə bir jurnalist kimi aparmamalıdırlar, onlar həm də bir siyasi ekspert olmalıdırlar. Onlar bir dövlət məmuru təfəkküründə olmalı, düşünməli və həmin o informasiyaları saf-çürük etməyi bacarmalıdırlar. Təhlillər aparıb bu erməni xəbərlərinin Azərbayacn informasiya məkanına nə məqsədlə daxil olduğunun kökünü, qayəsini müəyyən etməlidirlər. Bu mənada jurnalistlərimiz həm siyasi yetkinlik nümayiş etdirməlidirlər, həm informasiyanın kökünü onun mayasını tutmağı bacarmalıdırlar. Əks halda fərqinə varmadan həmin informasiyanı kopyalamaqla erməniərin əlinə işləmiş olurlar. Mən burda mediamızda kimlərinsə məqsədli şəkildə iş apardığını düşünmüəm. Onlar yetkin, dövlətimizə bağlı olan adamlardırlar. Peşəkar olaraq öz peşələrinin qaydalrına tam bələd ola bilərlər. Amma dövlət məmurları və siyasi ekspertlər səviyyəsində düşünməyi də bacarmalıdırlar”.
A.Quliyev bu mənada bildirib ki, yaxşı olardı ki, erməni mənbələrindən gələn xəbərlər araşdırılandan sonra jurnalistlərimiz onu təhlil edərək ictimaiyyətə ötürsünlər.
A.Quliyev bildirib ki, hətta ermənilərin sərhəddə bu qədər gərginlik, təxribatlar törətmələrinə baxmayaraq Fransa, ABŞ yenə də yaranmış vəziyyətdə Ermənitanın mövqeyindən çıxış edirlər. Məsələn, Paşinyan Blinkenlə danışır və burda Azərbaycanı ittiham edilər ki, guya Azərbaycan bu təxribatı törədib, guya Azərbaycan Ermənistanla sərhəd bölgələrində infrastruktur obyektlərini, dinc əhalinin obyektlərini vurur, insanları məhv edir. Həmin texnologiya ilə Blinker danışır. Amma Azərbayacanın mövqeyi onun üçün maraqlı görünmür.
Aydın Quliyev bu gün Ermənistanın öz günahlarını Azərbaycanın üzərinə atmaq cəhdləri qarşısında Azərbaycanın da əks təbliğatının kifayət qədər güclü olduğunu önə çəkib. O, ilk növbədə dezinformasilayarı zərərsizləşdirmək baxımından Müdfiə Nazirliyinin yaydığı bəyanatları, Xarici işlər nazirinin ABŞ-dövlət katibinin müavinini ilə danışmasını, xarici ölkə səfirlikləri ilə görüşlərin keçirilib onlara Ermənistanın hədəflərinin nədan ibarət olmasının açıqlanmasını önə çəkməklə, bunları kifayət qədər tutarlı məlumatlar adlandırıb.
“Azərbaycan erməni təxribatarının, yalanlarının sülhün qarşısını almaq üçün həyata keçirdiyi oyun olduğunu beynəlxalq təşkilatlara çatdırıb. Əgər bu beynəlxlaq təşkilatlar obyektiv olmaq istəyirlərsə, bunlar doğru rəyə gəlmək üçün yetərli mesajlardır. Amma müəyyən dairlər var ki, onlara nə məlumat verirsənsə ver, onlar öz fikirlərində qalırlar. Ona görə biz daha çox Azərbaycanın mövqelərindən çıxış etməliyik”.
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"