23 yaşlı gəncin arzuları yarımçıq qala bilər

10:49 19-09-2022 | icon 426 | Cəmiyyət
23 yaşlı gəncin arzuları yarımçıq qala bilər

Ayağının amputasiya olunmaması üçün əməliyyat edilməlidir

 

Aytac Baxşəliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.

 

Versus.Az xəbər verir ki, bu barədə Oxu.Az-a onun atası İngilis Baxşəliyev məlumat verib.

 

O qeyd edib ki, övladının xəstəliyini 2020-ci ildə biliblər:

 

“Qızımın cəmi 23 yaşı var. Bakı Dövlət Universitetinin məzunudur. Qəfildən ayağında şiddətli ağrılar başladı. İlk dəfə ayağından biopsi götürüldükdə dəqiq diaqnoz qoyulmadı. Lakin ikinci dəfə biz onun xəstəliyinin nə olduğunu öyrəndik. Ona Osteoblastoma (Osteoblastoma ölçüsü adətən 2 santimetrdən çox olan xoşxassəli sümük törəməsidir) diaqnozu qoyuldu. Qızım hazırda çox güclü ağrıkəsicilər qəbul edir. Ayağının amputasiya olunması ilə qarşı-qarşıyayıq. Lakin Türkiyədə özəl xəstəxanalardan birindən bizə ümid verdilər ki, onun ayağını xilas edə biləcəklər. Bunun üçün bizə lazım olan 80 min dollardan cəmi 10 min dolları xeyirxah insanların dəstəyi ilə yığılıb. Qızımın arzuları çoxdur. Onun bu istəklərindən məhrum olmaması üçün bizə kömək edin”.

 

Mövzu ilə əlaqədar olaraq İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, vətəndaş Aytac Baxşəliyevanın ailə üzvü ilə əlaqə saxlanılıb:

 

“O, 4-cü dərəcəli xərçəng xəstəsidir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə onkoloji xəstəliklərin müalicəsi daxil deyil. Bu xəstəlikdən əziyyət çəkən pasiyentlər Səhiyyə Nazirliyinin tabeliyində olan Milli Onkoloji Mərkəzdə müalicə olunurlar. Vətəndaşa bildirilib ki, Agentlik Səhiyyə Nazirliyinə xəstəyə köməklik göstərilməsi üçün müraciət edə bilər. A.Baxşəliyevanın ailə üzvü bundan imtina edib və xəstənin yalnız Türkiyə Respublikasında müalicə almaq istədiyini qeyd edib. Bu səbəbdən ehtiyac olduğuna görə ailə yardım aksiyasına davam edəcək”.

 

Ailənin əlaqə nömrəsi: 050-324-57-50

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...