Şəmkirdə avtomobil qəzası


Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində bir ailənin dörd üzvü - N.Abbasov, U.Abbasova, E.Abbasova və R.Abbasova xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Niyə sərnişindaşımada tariflər dəyişdirilib?
Tarif artımından 220 milyon manat əlavə vəsait yaranacaq