Dünya çempionatında uğur qazandılar

11:10 21-09-2022 | icon 374 | İdman
Dünya çempionatında uğur qazandılar

9-11 sentyabr 2022-ci il tarixlərində Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə 12-ci Dünya çempionatı keçirilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, turnirdə 45 ölkədən 800 idmançı mübarizə aparıb. Çempionatda Azərbaycanın karate üzrə milli yığma komandasının və FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri Astan Qasımov, Elnur Əliyev, Ülvi Məmmədov və Xəyal Məmmədov kişilər arasında şəxsi kumite və komanda kumite yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanıblar.

 

Belə ki, 18-21 yaş kateqoriyası üzrə gənclər arasında şəxsi kumite yarışlarında +84 kq çəki dərəcəsində Astan Qasımov, böyüklər arasında 21 yaşdan yuxarı kateqoriyada şəxsi kumite yarışlarında  +84 kq çəki dərəcəsində Ülvi Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

 

Komandanın digər üzvü 21 yaşdan yuxarı böyüklər arasında şəxsi kumite yarışlarında +75 kq çəki dərəcəsində Elnur Əliyev yarışın bürünc medalına layiq görülüb. Bundan əlavə, komanda kumite yarışlarında öz qüvvələrini sınayan karateçilərimiz Ülvi Məmmədov, Elnur Əliyev yarışın gümüş, Xəyal Məmmədov isə bürünc medalının sahibi olublar.

 

Karateçilərin ilk məşqçisi, əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırkı şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

 

20 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ənənəvi olaraq keçirilən məşq prosesi zamanı Dünya çempionatında uğur qazanmış karateçilər ilə görüşərək onları təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI