8 qəlpə ilə yaşayan qazi

12:14 21-09-2022 | icon 572 | Şəhidlər və şahidlər
8 qəlpə ilə yaşayan qazi

“Yenidən cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etdim”

 

“Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatların cavabı layiqincə verilib. Düşmənin başı bir daha əzilib. Xeyli yüksəkliklər nəzarətimizə keçib”.

 

Bu sözləri açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Vahab Nehmətov deyib.

 

Onun sözlərinə görə, sentyabrın 12 və 13-də hərbçilərin şəhid olması xəbərini eşidən kimi hərbi komissarlığa müraciət edib:

 

 

“İnsanın gərək düşməni də kişi olsun. Onlarda kişilik yoxdur. Nə pislik desən, çıxar. Onlara elə müsibət göstərmişik ki, çətin özlərinə gələrlər. Başlarını əzmişik. Lakin xainlər hər an təxribat törətmək istəyirlər. Şəhid olan qardaşlarımın ruhu şad olsun. Xəbəri eşidəndə yenidən qazi qardaşlarımla səfərbər olduq. Hərbi komissarlığa müraciət etdik ki, bizi də aparın. Hər an əlimizdə silah qardaşlarımızla birgə döyüşməyə hazırıq”.

 

Hərbiyə sevgisinin qardaşından irəli gəldiyini deyən Vahab Nehmətov söyləyib ki, vətənpərvərlik hissi ona uşaqlıqdan aşılanıb:

 

 

“Qardaşım Məmməd Nehmətov Birinci Qarabağ müharibəsində 1994-cu il yanvarın 26-da Ağdərə istiqamətində şəhid olub. Hərbiyə sevgi qardaşımdan irəli gəlir. Bununla yanaşı, faciələri görmüşəm. Analarımıza, bacılarımıza verilən zülmlərin şahidi olmuşuq. Bunlara baxa-baxa böyümüşük. Hərbini sevirdim. Düşmənə nifrət edirdim. Qisas almaq məqsədi ilə hərbidə qaldım. Az da olsa, şəhidlərimizin qisasının alınmasında iştirak edə bildim”.

 

Qazi deyir ki, əsgərlər yaralı halda döyüşməyə davam edir, silahı yerə qoymurdular:

 

 

“Qələbəni görmək hamının arzusu idi. Və qələbəyə doğru addımlamaq uğrunda hər kəs mübarizə aparırdı. O qədər yaralı qardaşlarımız var idi ki, onları da özümüzlə aparırdıq ki, azad etdiyimiz torpaqları görsünlər. Ümumiyyətlə, 44 günlük müharibədə də, elə indi də döyüşə girən zaman əsgərin, hərbçinin bir amalı olur - sona qədər döyüşmək. İnsan özünə şəhidlik arzulayır. Çünki hər kəs o uca zirvəyə çatmaq istəyir. Kaş hər kəsə qələbəmizi görmək qismət olardı”.

 

 

Vətən müharibəsi qazisi sonda səngərdə olan əsgərlərə müraciət edib:

 

“Səngərdə olan qardaşlarıma demək istəyirəm ki, mənim əziz qardaşlarım, möhkəm olun. Onlar bilsinlər ki, daim arxalarındayıq. Hər an əlimizdə silah onlarla birlikdə döyüşməyə hazırıq. Bu vəziyyətdə belə, döyüşərəm. Əmr gözləyirəm”.

 

Qeyd edək ki, Vətən müharibəsi qazisi Vahab Nehmətov Füzuli istiqamətindən başlayaraq, Şuşaya qədər döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə noyabrın 6-da boyun nahiyəsindən yaralanıb. Qazi bədənində səkkiz qəlpə ilə yaşayır. Qəlpələri çıxarmaq onun həyatı üçün təhlükəlidir. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin